Azərbaycan İcması ermənilərin növbəti təxribatı ilə bağlı Moskva hökumətinə müraciət edib
Tarix: 09.03.2020 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Moskvanın Azərbaycan İcması Rusiyadakı erməni diasporunun növbəti təxribatı ilə əlaqədar Moskva hökumətinə və Rusiya Kinematoqrafçılar İttifaqına müraciət edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, icma sədri Şamil Tağıyevin adından Moskva hökumətinin Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovskiyə və Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkova göndərilən müraciətdə ermənilərin Rusiya paytaxtında Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın “Qayıdış” adlı sənədli filminin təqdimatının ləğv edilməsinin vacibliyi qeyd olunub.
Bildirilib ki, Martın 11-də Vasilyevskaya küçəsində yerləşən Kino Evində keçirilməsi nəzərdə tutulan sənədli filmdə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin tarixi təhrif olunub, Azərbaycan tərəfi aqresor xalq kimi təqdim olunub, hansı ki, bu, hadisələrin saxtalaşdırılmasıdır: "Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi erməni silahlıları tərəfindən işğal olunub. Nəticədə çoxlu sayda dinc azərbaycanlı həlak olub, milyondan çox insan evsiz-eşiksiz qalıb. Moskvanın Azərbaycan İcması adından sizdən xahiş edirik ki, Rusiyadakı erməni diasporunun çoxmillətli Rusiya cəmiyyətində qeyri-sabitliyə səbəb ola biləcək məlum təxribatının qarşısını almaq üçün tədbirlər görəsiniz".
Qeyd edək ki, Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın hazırladığı “Qayıdış” adlı sənədli film Ermənistan Respublikasının maliyyə dəstəyi ilə çəkilib. Filmdə tarixi Azərbaycan əraziləri Şərqi Ermənistan adı altında göstərilir. Dağlıq Qarabağda ermənilərin 90-cı illərdə müharibə zamanı ordusuz, blokada şəraitində öz "müstəqilliyi" və "azadlığı" uğrunda mübarizə aparmasından bəhs edilir.
Xatırladaq ki, bu ilin yanvarın 26-da da Rusiyadakı erməni diasporu Moskvadakı “Pobeda” kinoteatrında Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan “Sehrli ölkə-Aran” adlı filmi nümayiş etdirməyə cəhd edib. Lakin Moskvadakı Azərbaycan İcmasının Moskva hökumətinə müraciətindən sonra filmin nümayişi təxirə salınıb.




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
“Prezident bir daha göstərdi ki, insanların sağlamlığı, təhlükəsizliyi əsas amildir!”
05.04.2020
Türk Şurası: Üzv dövlətlər koronavirusla mübarizədə dərin əməkdaşlıq ruhu nümayiş etdirirlər
05.04.2020
Qoşulmama Hərəkatı üzv ölkələri Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımayıb
04.04.2020
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı əks olunub - VİDEO
04.04.2020
AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
3 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info