“Hər zaman çalışıram ki, öz tariximizdən və mədəniyyətimizdən ilham alım”
Tarix: 10.03.2020 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Şervin Nəcəfpur: “Milli motivlərimizdən istifadə etməyimin əsas səbəbi isə bizim tarixi mirasımızı dünyaya tanıtdırmaqdır”


Xəbər verildiyi kimi, Norveçdə yaşayan Azərbaycan əsilli modelyer və “CAN” təşkilatının sədri Şervin Nəcəfpurun yeni kolleksiyası Türkiyədə moda həftəsində nümayiş olunub. Şervin Nəcəfpur Türkiyədə moda nümayişi ilə bağlı təəssüratlarını “Palitra”ya bölüşüb.

- Moda sahəsində ilham mənbəyiniz nədir?

- Mən bütün varlığımla bağlı olduğum doğma vətənimə olan sevgimi gördüyüm bu işlərdə ortaya qoydum. Bildiyiniz kimi, mən Norveçdə dünyaya göz açmışam, valideynlərim isə Güney Azərbaycanın Urmu bölgəsindəndir. Qürbətdə doğulmağıma baxmayaraq, Azərbaycan həqiqətlərini daima gördüyüm işlərdə ictimaiyyətə çatdırmağa çalışıram. Ötən il yaddaşlarda qalan Antalya Moda Həftəsində “Mən Qarabağa, evimə qayıtmaq istəyirəm” şüarları günlərlə bir çox dünya mətbuatının diqqətini cəlb etdi. Moda sektoruna addımımı atdığım ilk gündən bu günə kimi hər kolleksiyamın ilhamını türk dünyasından tapmışam və türk dünyasına həsr etmişəm. Bir çoxlarına məlumdur ki, uzun illərdir diaspor fəaliyyəti ilə də məşğulam. Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının sədri kimi missiyamız Norveç və Azərbaycan arasında əməkdaşlıq və dostluq münasibətini inkişaf etdirməkdir və Antalya Moda Həftəsində də fərdi olaraq işlərimi bir Azərbaycan və türk əsilli modelyer kimi nümayiş etdirmişəm.

“15 geyimdən ibarət yeni kolleksiya Azərbaycan bayrağının rəngləri ilə yanaşı, üzərində “Qobustan” qayaüstü rəsmlərinin də yer aldığı libaslardan ibarətdir. Norveç və Azərbaycanı birləşdirən Tur Heyerdalın nəzəriyyələrinə əsaslanaraq məhz Qobustan qayaüstü rəsmlərini yeni yaratdığım libaslardan istifadə etmək qərarına gəldim”


- Yeni kolleksiyanızın nümayişi necə keçdi?

- Türkiyədə "Antalya Fashion Week 2020" adı altında keçirilən moda günlərində “Milli mirasımızın mənşəyi” ("Land of our origin”) adlı kolleksiyam ayaqda alqışlandı. Tarixdəki türk izlərini geyimlərində əks etdirən moda nümayişi Azərbaycan ritmləri ilə, fonda qayaüstü rəsmlərlə addım atan tanınmış modellər ayaqda alqışlandı.
Ənənəvi olaraq hər il keçirilən "Antalya Fashion Week” dəfiləsinin təşkilatçısı Eda Meltem Yılmazdır. Moda nümayişindən əvvəl, Eda Meltem Yılmaz şəxsən səhnəyə çıxıb mənim haqqımda dəyərli ürək sözlərini 1200-dən çox qonaqla bölüşdü. O dedi: “Şervin Nəcəfpur Norveçdə doğulan, amma türk dünyasını öz geyimlərində birləşdirən və çox sevən dəyərli vətənpərvər dostumdur. Keçən il dünyaya çox vacib sosial mesajlar göndərərək, bu ildə geyimləri ilə türk tarixinin izlərini sizlər ilə təqdim edəcək. Geyimləri və fondakı animasiyalar ilə sizlərlə vacib mesajlar paylaşacaq”.
Kolleksiyam nümayiş olunandan sonra zaldan gələn yüksək alqışları eşidəndə çox böyük qürur hissi keçirtdim. Kolleksiyamın bəyənilməsi, məni çox ruhlandırdı.

- Kolleksiyanın mövzusu nəyə həsr olunub?

- Ümumilikdə 15 geyimdən ibarət yeni kolleksiya Azərbaycan bayrağının rəngləri ilə yanaşı, üzərində “Qobustan” qayaüstü rəsmlərinin də yer aldığı libaslardan ibarətdir. Norveç və Azərbaycanı birləşdirən Tur Heyerdalın nəzəriyyələrinə əsaslanaraq məhz Qobustan qayaüstü rəsmlərini yeni yaratdığım libaslardan istifadə etmək qərarına gəldim. Hər bir sənət insanı fərqli mövzulardan ilham alır və mən də hər zaman çalışıram ki, öz tariximizdən və mədəniyyətimizdən ilham alım. Milli motivlərimizdən istifadə etməyimin əsas səbəbi isə bizim tarixi mirasımızı dünyaya tanıtdırmaqdır.

- Yeni kolleksiyanızla bağlı kimlərlə əməkdaşlıq etdiniz?

- Bu il də Azərbaycan əsilli makiyaj sənətçisi Aygün İbrahimova ilə əməkdaşlıq etdim. Keçən il Aygün xanımla gözəl bir əməkdaşlığımız baş tutdu. Həmyerlim ilə birgə bu il də çox maraqlı bəzəyə qərar verdik. Bütün modellərin üzlərində 1 dənə qayaüstü rəsm çəkilmişdi. Geyimlərdə qayaüstü rəsmləri tək-tək özüm əl ilə işləmişəm. Fürsətdən istifadə edib xaricdən gələn bütün əziz və dəyərli qonaqlarıma da sonsuz təşəkkürlərimi bildirmək istəyirəm.


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
“Çox sağ olun, əziz müəllimlərimiz”
29.03.2020
Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
28.03.2020
Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
28.03.2020
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
25.03.2020
“Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11488

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info