Su polisindən əməliyyat: 7 kiloqramdan çox narkotik ələ keçdi
Tarix: 11.03.2020 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat nəticəsində Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən külli miqdarda narkotik vasitələrin realizə olunmasının qarşısı alınıb. İdarəyə daxil olan məlumat əsasında keçirilən tədbir zamanı Astara şəhər sakinləri Kamran Hüseynov və Ehtiram Hüseynov tutularaq istintaqa təqdim olunublar. Şəxsi axtarış zamanı Kamran Hüseynovun əlindəki bağlamaya baxış keçirilərkən 3 kiloqram 685 qram heroin və 3 kiloqram 390 qram tiryək aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Kamran Hüseynov şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxslə əvvəlcədən razılığa gələrək ondan satmaq məqsədi ilə külli miqdarda narkotik vasitələr alıb. Daha sonra həmin şəxs narkotik vasitələri gizli yolla Azərbaycan ərazinə keçirərək Xəzər dənizinin sahilində Astara rayonu ərazisində əvvəlcədən müəyyən edilən yerdə gizlədib. Bundan sonra Kamran Hüseynov həmyerlisi Ehtiram Hüseynovun avtomobili ilə qeyd edilən ünvandan narkotik vasitələri götürüb uzaqlaşmaq istəyən zaman Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərin ətraflarının və onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinin qarşısının alınması istiqamətində mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.




 
Bölməyə aid digər xəbərlər
04.04.2020
Gəncədə yaşayış binasında yanğın baş verib
03.04.2020
Göyçayda mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var
03.04.2020
Karantin rejimini pozan 10 nəfər inzibati qaydada həbs edilib, 3581 nəfər cərimələnib
02.04.2020
Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 15 nəfər yaralanıb
02.04.2020
Cəlilabadda qaynının evindən 80 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11494

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
3 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
4 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
5 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info