Fransa jurnalının 10 səhifəsi Azərbaycana həsr olunub
Tarix: 11.03.2020 | Saat: 21:12:00 | E-mail | Çapa göndər



Fransanın “La Baule Plus” jurnalının 10 səhifəsi Azərbaycana həsr edilib. Məqalələr və müsahibələr jurnalın parlament seçkiləri zamanı ölkəmizdə səfərdə olmuş direktoru Yannik Ürryen tərəfindən hazırlanıb.

AZƏRTAC xəbər verir ki, jurnalda Azərbaycanın Fransa və bütövlükdə Avropa üçün strateji ölkə olması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın kənd təsərrüfatı, Vatikanın Azərbaycanı nümunəvi ölkə kimi qiymətləndirməsi və s. mövzularda məqalələr, müsahibələr yer alıb.
Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, ölkədəki demoqrafik vəziyyət, multikultural ənənələr, Xalq Cümhuriyyəti, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı barədə ətraflı məlumat verilir.
Bundan başqa, Prezident İlham Əliyevin ölkədə apardığı kadr islahatlarından və bu islahatların davamı kimi parlament seçkilərinin keçirilməsindən söz açılır. La Baule şəhərinin meri İv Meteronun müşahidəçi qismində ölkəmizə səfərindən, parlament seçkilərini izləməsindən bəhs olunur. Həmçinin Fransa Senatının büro üzvü, Beynəlxalq əlaqələr və müdafiə komitəsinin vitse-prezidenti, senator Joel Geryo parlament seçkiləri ilə bağlı müsbət fikirlərini bölüşür. O, fransız şirkətlərini Azərbaycana sərmayə yatırmağa çağırır.
Jurnalda deputat Cavanşir Feyziyevin Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində üzləşdiyi çətinliklər, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox azərbaycanlının doğma yurdundan didərgin salınması, münaqişənin həllində ölkəmizin mövqeyi barədə fikirləri də əks olunub.
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vatikana səfərinə toxunulur, Azərbaycanla Vatikan arasında münasibətlərin yüksək səviyyəsi qeyd edilir. Bildirilir ki, Papa Fransisk gərginliklərin və münaqişələrin artdığı bir dövrdə Azərbaycanın əsl tolerantlıq nümunəsi olduğunu vurğulayıb. Bundan başqa, jurnalda Heydər Əliyev Fondunun Vatikanın tarixi irsinin bərpasına verdiyi töhfələrdən bəhs olunur.




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
“Prezident bir daha göstərdi ki, insanların sağlamlığı, təhlükəsizliyi əsas amildir!”
05.04.2020
Türk Şurası: Üzv dövlətlər koronavirusla mübarizədə dərin əməkdaşlıq ruhu nümayiş etdirirlər
05.04.2020
Qoşulmama Hərəkatı üzv ölkələri Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımayıb
04.04.2020
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı əks olunub - VİDEO
04.04.2020
AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info