Görülən tədbirlər xarici şokların Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirəcək
Tarix: 11.03.2020 | Saat: 21:18:00 | E-mail | Çapa göndər



Xarici şokların Azərbaycan iqtisadiyyatına təsirinə qarşı ölkəmizin göstərdiyi çevik reaksiyalar, atılan addımlar qlobal şok və xarici iqtisadi faktorların iqisadiyyatımıza təsirlərini minimum endirməyə imkan verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisadçı alim Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, OPEK və OPEK-ə üzv olmayan ölkələrin istehsal həcminin azaldılması ilə bağlı anlaşma imzalaya bilməməsi neftin qiymətində kəskin azalmaya səbəb olur:
"Neft bazarı bu həftə praktik olaraq “çökmə” ilə başladı. Bu da təbii ki, 1991-ci ildən sonra neftin qiymətində ən aşağı qiymətlər idi. Sözsüz ki, neftin qiymətinin enməsi xarici faktor olaraq, Azərbaycan iqtisadiyyatına təsir edir".
V.Bayramov əlavə edib ki, 2014-cü ildən sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafı, eləcə də iqtisadiyyatın diversifikasiyası ilə bağlı aparılan tədbirlər mərhələli şəkildə neftdən asılılığın aradan qaldırılmasına xidmət edib.
İqtisadçı qeyd edib ki, 2014-cü ildə qlobal neft şoku yaranan zaman Azərbaycanın dövlət büdcəsində neft sektorunun payı 80 faiz idisə, bu rəqəm artıq 50 faizə qədər azalıb və büdcədə qeyri-neft sektorunun payı 20 faizdən 50 faizə qədər yüksəlib. Bu isə ondan xəbər verir ki, ötən müddətdə büdcə gəlirlərində iqtisadiyyatın diversifikasiyası ilə bağlı mərhələli şəkildə addımların atılması istiqamətində uğurlar əldə edilib:
"Nazirlər Kabinetində keçirilən görüş də ondan xəbər verir ki, Azərbaycan xarici faktor və xarici şoklara çox qısa zamanda reaksiya verir. Eyni zamanda, xarici şokların Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirməyə çalışır. Ötən müddətdə xarici borcların azalması, dövlət rezervlərinin ümumi payının çoxalması xarici şokların Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi baxımından vacibdir. Son hadisələr bir daha bunu sübut edir ki, Azərbaycanda dərinləşmiş iqtisadi islahatlar davam edəcək. Növbəti illərdə də həm islahatların dərinləşdirilməsi, həm də qeyri-neft sektorunun ümumi iqtisadiyyatdakı payının çoxaldılması, iqtisadiyyatın diversifikasiyası başlıca hədəf olaraq qalacaq".




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Angela Merkel: ‘‘Türkiyәyә dәstәk vermәyә davam etmәliyik’’
01.12.2020
Bako Saakyan: Dayandır dedik, Nikol “davam” əmr etdi!
01.12.2020
Aleksandr Perenciyev: İşğalçılara bircə o lazımdır ki...
01.12.2020
Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı, müharibə olmazdı - İtalyan senator
30.11.2020
“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” –Maksim Şevçenko

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
2 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
3 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
4 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
5 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info