Kristina Orbakaytenin Bakı konserti oktyabrın 14-nə keçirilib
Tarix: 12.03.2020 | Saat: 10:20:00 | E-mail | Çapa göndər



Rusiyanın Əməkdar artisti Kristina Orbakaytenin aprelin 15-nə Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti oktyabrın 14-nə keçirilib.

APA-nın xəbərinə görə, təşkilatçılar bu qərarı koronavirusa yoluxma hallarının qarşısının alınması istiqamətindəki profilaktik tədbirlərə uyğun olaraq verib.
Konsertlərə alınmış biletlərlə bağlı «iTicket.az»ın Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı satış məntəqələri, həmçinin 2 saylı köşkü (Bülbül prospekti, Nizami küç.) ilə əlaqə saxlayıb, məlumat almaq olar.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırıb. Vətəndaşlara adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
“Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” onlayn rəsm müsabiqəsi elan olunur
07.04.2020
“Yuğ” Teatrı “Evdə qal, teatrsız qalma” kampaniyasına qoşulub
06.04.2020
Heydər Əliyev Mərkəzindən Almaniyaya dəstək
06.04.2020
Azərbaycan Dövlət Rəsm Qalereyası virtual sərgi təşkil edib
06.04.2020
Beynəlxalq Muğam Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info