“Azərenerji” bütün obyektlərini dezinfeksiya etdirir
Tarix: 12.03.2020 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Gecə-gündüz növbəli iş prinsipi ilə fəaliyyət göstərən, bir saniyə də olsun elektrik enerjisinin istehsalı və ötürülməsini dayandırmamaq məsuliyyətini daşıyan “Azərenerji” ASC koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.
Bu məqsədlə Səhmdar Cəmiyyətin bütün elektrik stansiyaları, yarımstansiyaları, regional elektrik şəbəkələrində və digər obyektlərində insanların işlədiyi bütün binalar, o cümlədən yardımçı tikililərdə koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədi ilə zəruri tədbirlər görülür, dezinfeksiya işləri aparılır. İş otaqlarında, zallarda, idarəetmə mərkəzlərində və digər otaqlarda, dəhlizlərdə, pilləkənlərdə, foyelərdə xüsusi dərmanlanma işləri həyata keçirilir.
Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə də tədbirlər görülür. Əməkdaşlar tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırma işi həyata keçirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub
02.04.2020
SMS-lər üçün operatorlara ödənilməsi nəzərdə tutulan vəsait dövlət hesabına ödəniləcək
02.04.2020
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02.04.2020
Neftçalanın icra başçısı MirHəsən Seyidov Aprel şəhidlərinin məzarını ziyarət edib
02.04.2020
Sabah rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info