Ermənilərin Gürcüstanda yalan üzərində qurduqları tarix
Tarix: 12.03.2020 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Salayev Kamal
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
kamalsalayev1988@gmail.com


2020-ci il martın 3-də Ermənistanın Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə rəsmi səfər etmişdir. Səfər çərçivəsində Paşinyan, Gürcüstanın Prezidenti Salome Zurabişvili ilə, Baş nazir Giorgi Qaxariya ilə, Xarici İşlər naziri David Zalkaliani ilə, Müdafiə naziri İrakli Qaribaşvili ilə və Parlamentin sədri Arçil Talakvadze ilə rəsmi görüş keçirmişdir. Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın hökumət administrasiyasında keçirilən görüş zamanı belə bir fikir ifadə etmişdir: “Biz, bütün münaqişələrin sülh yolu ilə həll olunmasına dair Gürcüstanın mövqeyinin tərəfdarıyıq”. Bununla yanaşı, martın 4-də Gürcüstanın erməni diasporu ilə görüşündə Paşinyan, əvvəllər İrəvan və Tbilisi arasında etibarın olmadığını, baş verən hadisələrdə tərəflərin bir-birlərini təqsirkar hesab etdiklərini, Ermənistanda baş verən “məxməri inqilab” zamanı hakimiyyət devrildikdən sonra isə bu prosesin guya dayandığını qeyd etmişdir.
Tarixi hadisələrin gedişi bizə Ermənistanın heç də münaqişələrin sülh yolu ilə həll olunmasının tərəfdarı olmadığını göstərir. Hələ 1991-ci ildə dövlət müstəqilliyi elan olunduqdan sonra Gürcüstan separatizm təhlükəsi ilə, təhdidlərlə üz-üzə qalmış və qlobal səviyyədə baş verən geosiyasi oyunun qurbanına çevrilmişdi. Regionda törədilən qətliamların əsas səbəbkarı isə öz ağalarına nökərlik edərək tarix boyu alət rolunu oynayan ermənilər olmuşlar. Gürcüstanla Ermənistanın arasındakı ikitərəfli diplomatik münasibətlərin 1992-ci ilin iyulun 17-də qurulmasına baxmayaraq 1993-cü il fevralın 9-da marşal İvan Baqramyanın adına erməni batalyonunun yaradılması, Ermənistanın əslində necə bir təcavüzkar dövlət olmasından xəbər verir.
Qeyd etmək lazımdır ki, Paşinyanın Tbilisiyə ilk rəsmi səfəri 2018-ci ilin mayın 30-da baş tutmuşdur. Həmin vaxt Ermənistan hökumətinin nümayəndə heyətini Gürcüstanın sabiq Xarici İşlər naziri Mixail Canelidze qarşılamışdır. Daha sonra Paşinyanın, Gürcüstanın sabiq Baş naziri Giorgi Kvirikaşvili ilə və sabiq Parlament sədri İrakli Kobaxidze ilə rəsmi görüşü baş tutmuşdur. “Armenpress”-in verdiyi məlumata əsasən Paşinyan səfər zamanı Zalqa, Poka, Qandza, Satxa və Ninotsmindada yaşayan ermənilərlə görüş keçirmişdir. Paşinyan Ayazma kəndindəki çıxışı zamanı belə bir fikir ifadə etmişdir: “Biz Ermənistan və Gürcüstan arasındakı münasibətlərin səviyyəsini və keyfiyyətini daima artırmalıyıq. Nəinki ölkələrimiz arasında, xalqlarımız arasında da münasibətlərin səviyyəsi yüksəlməlidir. Əminəm ki, biz hamımız bunun üçün ciddi səylər göstərməyə hazırıq”.
Paşinyanın Ayazma kəndindəki çıxışının sətiraltı mənası əslində Samtsxe-Cavaxetiyadakı ermənilərin hər növ separatçı fəaliyyətlərini daha da genişləndirməkdən ibarət olmuşdur. Ermənilər bu yolla bir qayda olaraq gürcülərin yurdunu, dilini, mədəniyyətini və soyadlarını mənimsəməyə, özlərini isə Gürcüstanın “etnik əhalisi” kimi qələmə verməyə çalışırlar. Burada əsas məqsəd isə Gürcüstanın hesabına heç bir əsası olmayan “böyük Ermənistan”ı yaratmaqdan ibarətdir. Təsadüfi deyildir ki, 2016-cı ilin aprelində gürcülərlə ermənilər arasında kütləvi dava-dalaş baş vermişdir. Bu hadisə zamanı ermənilər açıq şəkildə məqsədlərini bəyan edərək bildirmişlər ki, guya “Samtsxe-Cavaxetiya onların torpağıdır, gürcülər isə burada qonaqdırlar”. Həmin günü ermənilərin böyük bir qrupu ənənəvi olaraq məşəl yürüşünü keçirməyə hazırlaşmışlar. Bu zaman erməni mediası ermənilərə haqq qazandıraraq baş verən hadisədə gürcüləri günahlandırırdı. 2016-cı il aprelin 24-dəki yürüş zamanı ermənilər yolda bir qrup gənc gürcülərlə rastlaşmış və onları aqressiv şəkildə ittiham etməyə başlamışlar ki, “nəyə görə gürcülər “erməni soyqırımı”nı tanımır, ermənilərlə birlikdə kədərlənmir və erməniləri Qarabağda dəstəkləmirlər?” Gürcülər isə cavabında ermənilərə, “əbədi qurban” rolunu oynamaqdan imtina etmələrini tövsiyə etmişlər. Gürcülərdən biri qeyd etmişdir ki, belə tədbirlər küçədə yox, kilsədə keçirilməlidir. Ermənilər isə cavablarında bildirmişlər: “Cavaxetiya bizim torpağımızdır, siz isə burada qonaqsınız. Bizə nə edəcəyimizi göstərməyin”. Daha sonra kütləvi dava-dalaş, ermənilərdən birinin gürcünü vurmasına görə başlamışdır. Erməni KİV-ləri bu hadisədə ermənilərə bəraət qazandıraraq guya “gürcülərin sərxoş vəziyyətdə olduqlarını” qələmə vermişlər ki, bu da həqiqətə uyğun deyildir.
Digər bir hadisəyə nəzər salsaq görərik ki, 2017-ci ilin sentyabrında Samtsxe-Cavaxetiyada ermənilərlə polislər arasında qarşıdurma baş vermişdir. Münaqişəyə səbəb isə sentyabrın 30-da Kumurdo kəndində təmirə görə nəzarət altında olan X əsrə aid gürcü kilsəsinin ərazisində ermənilərin ənənəvi daş xaçlarını – xaçkarı qoymağa cəhd göstərmələri olmuşdur. Mühafizə polisləri onların əraziyə daxil olmasına icazə verməmişlər. Nəticədə ermənilər polislərə fiziki müqavimət göstərərək onları daşa basmışlar. Hadisə zamanı bir neçə polis ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdir ki, bu da ermənilərin necə vəhşi bir xalq olduğunu bir daha sübut edir.
Hadisələrin gedişindən belə bir qənaətə gəlmək olar ki, ermənilər Paşinyanın məkrli siyasətinə xidmət edərək alət rolunu yerinə yetirirlər. Ermənilərin xəstə təxəyyülünə görə guya “qonşu dövlətlərin əraziləri, maddi-mədəniyyət abidələri və mədəni irsləri tarixən onlara məxsus olmuşdur”. Ona görə də bu gün ermənilər işğal etdikləri ərazilərin adlarını dəyişərək, Samtsxe-Cavaxetiyanı “Cavaxk”, Dağlıq Qarabağı isə “Arsax” kimi qələmə verirlər ki, bunların da heç bir tarixi əsası yoxdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin də dediyi kimi, Ermənistan beynəlxalq ictimai rəyi çaşdırmağa və yalan üzərində tarix qurmağa çalışır.




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər
06.04.2020
“Tehranda koronavirusa yoluxma sayı artsa, vəziyyət nəzarətdən çıxacaq”
06.04.2020
“COVİD-19 pandemiyası nəticəsində qlobal səviyyədə məişət zorakılığı artıb“
05.04.2020
“Bizim ölkənin koronavirusla mübarizədə atdığı addımlar qonşu və yaxın ölkələrdə təkrarlanmaqdadır“
05.04.2020
“Tədbirlər planı həm məşğul, həm də işləməyən vətəndaşlarımızın sosial təminatına hesablanıb“

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info