Marina Nekrasova dünya kuboku yarışlarının finalına yüksəlib
Tarix: 12.03.2020 | Saat: 22:21:00 | E-mail | Çapa göndər



Martın 12-də Milli Gimnastika Arenasında idman gimnastikası dünya kuboku yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, turnirin birinci günündə kişilər arasında sərbəst hərəkətlərdə, paralel qollarda və halqalarda, qadınların mübarizəsində isə dayaqlı tullanmada və müxtəlif hündürlüklü qollarda finalçılar müəyyənləşib.
Sərbəst hərəkətlərdə finala Əbdülrəhman Mehdi Əlqamal (Türkiyə), rusiyalı Kirill Prokopyev, Qazaxıstan təmsilçiləri Milad Kərimi, Dmitri Potanin, Sunqhyun Ryu (Koreya Respublikası), yaponiyalı Kadzuki Minami, Heyden Skinner (Böyük Britaniya) və Çili gimnastı Tomas Qonsales vəsiqə qazanıblar.
Paralel qollar üzrə təsnifat yarışlarında çinli Hao Yu, Rusiya idmançısı Vladislav Polyaşov, türkiyəli Ferhat Arıcan, Ahmet Önder, Fonq Than Din (Vyetnam), Mixail Kudinov (Yeni Zelandiya), qazaxıstanlı Milad Kərimi və Taha Serhani (İsveçrə) uğurla çıxış edərək finala adlayıblar.
Halqalarla hərəkətlərdə finala Elefterios Petrunias (Yunanıstan), çinli Yanq Lyu, Sinyuy Lan, braziliyalı Artur Zanetti, Kortni Talloç (Böyük Britaniya), Ukrayna idmançısı İqor Radivilov, Əli Zəhran (Misir) və Kiu Çunq Nq (Honq Konq) vəsiqə əldə ediblər.
Qadınlar arasında dayaqlı tullanma yarışlarının təsnifat mərhələsində uğurla çıxış edən sloveniyalı Teja Belak, Tyasa Kisselef, fransalı Kolin Devillard, Azərbaycan təmsilçisi Marina Nekrasova, Kanada idmançısı Sofi Marua, Axtsiri Viridiana Sandoval Peres (Meksika), ukraynalı Anastasiya Baçinskaya və Xorvatiya gimnastı Tiyana Korent medallar uğrunda mübarizə aparacaqlar.
Müxtəlif hündürlüklü qollarda isə finala çinli İlin Fan, Rusiya idmançıları Anastasiya İlyankova, Darya Spiridonova, Rebeka Andrade (Braziliya), Corciya-Rouz Braun (Avstraliya), ukraynalı Anastasiya Baçinskaya, Angelina Radivilova və Keytlin Ruskrants (Cənubi Afrika Respublikası) vəsiqə qazanıblar.
“Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
“Yuventus“ Ronaldonu sata bilər
31.03.2020
“Maaşların azaldılmasını Messi istədi”
31.03.2020
“Bəlkə də bir az kilo alacağıq“
30.03.2020
“Barselona“ futbolçulara şərt qoydu: Radikal qərarlar qəbul ediləcək
30.03.2020
Keyn “Tottenhem“dən gedə biləcəyini söyləyib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11488

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info