“Mançester Siti“ ilə “Real“ arasında oyun təxirə salınıb
Tarix: 13.03.2020 | Saat: 00:12:00 | E-mail | Çapa göndər



İngiltərənin "Mançester Siti" və İspaniyanın "Real" komandaları arasında Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində cavab oyunu koronavirus səbəbindən təxirə salınıb.

Trend-in məlumatına görə, görüş martın 17-nə təyin edilmişdi və Mançesterdə keçirilməli idi. Madriddə baş tutan ilk qarşılaşma "Mançester Siti"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bundan əlavə, Avropa Futbol Assosiasiyaları Birliyi Turində 17 Mart tarixində keçiriləcək İtaliyanın "Yuventus" və Fransanın "Lion" komandaları arasında Çempionlar Liqasının 1/8 final matçının da təxirə salındığını bildirdi. İlk görüşdə "Lion" qalib olub (1:0).
Qeyd edək ki, daha əvvəl "Real" futbol və basketbol komandalarına koronavirus xəstəliyinin qarşısının alınması üçün karantin tətbiq edib. Basketbol komandasının oyunçularından birinin koronavirus üçün verilən analizi müsbət nəticə verdiyi bildirilib. Karantin müddəti 14 gün təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
“Yuventus“ Ronaldonu sata bilər
31.03.2020
“Maaşların azaldılmasını Messi istədi”
31.03.2020
“Bəlkə də bir az kilo alacağıq“
30.03.2020
“Barselona“ futbolçulara şərt qoydu: Radikal qərarlar qəbul ediləcək
30.03.2020
Keyn “Tottenhem“dən gedə biləcəyini söyləyib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11488

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info