Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlara görüşüb
Tarix: 13.03.2020 | Saat: 13:50:00 | E-mail | Çapa göndər


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, martın 13-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Siyəzən rayonunda, nazirin birinci müavini Vaqif Əliyev Quba rayonunda, nazir müavini Rafiq Bayramov isə Xaçmaz rayonunda vətəndaşlarla görüşüb.
Nazirlikdən Trend-ə verilən məlumata əsasən, qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.
Nazir Əbülfəs Qarayevin Siyəzən rayon Heydər Əliyev Mərkəzində Siyəzən və Şabran rayonlarından olan vətəndaşlarla görüşündə sakinlər tərəfindən “Yarat Müasir İncəsənət Məkanı” İctimai Birliyinin səyyar sərgisinin Siyəzəndə təşkili, Xalq teatrı tamaşalarının bölgələrdə nümayişi və aktyorların səhnə geyimləri ilə təmin olunması, Pirəbədil kəndində xalça festivalının keçirilməsi, Siyəzən rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, Şabran Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi və eləcə də muzey əməkdaşlarının bölgədə aparılan arxeoloji qazıntılarda iştirakının təmin olunması ilə bağlı müraciətlər səsləndirilib.
Qəbulda həmçinin Siyəzən şəhər Uşaq incəsənət məktəbinin 30 illik yubileyinin qeyd edilməsi və məktəbə musiqi alətlərinin verilməsi, Şabran şəhərində Uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı nazirə müraciət edilib.
Nazirin birinci müavini Vaqif Əliyevin Quba rayon Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda Quba və Qusar rayon sakinləri tərəfindən Qusar Rayon Dövlət Rəsm Qalereyasının nəzdində sənətkarlıq məhsullarının satışı köşkünün yaradılması, “Könüllülər teatrı” üçün səhnə geyimlərinin verilməsi, Qusar rayon Mərkəzi Kitabxanasının 90 illiyinin keçirilməsi, Qubada etnoqrafiya muzeyinin yaradılması, Amsar-Qışlaq kəndində kitabxananın bərpa edilməsi ilə bağlı məsələlər səsləndirilib.
Vətəndaşlar eyni zamanda Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binasının yenidən qurulması, Amsar kənd kitabxanasına görkəmli mütəfəkkir Abbasqulu ağa Bakıxanovun adının verilməsi, Qusar rayon Əniq kənd məscidinin bərpa olunması, Quba şəhər Uşaq incəsənət məktəbinə musiqi alətlərinin verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı Vaqif Əliyevə müraciət ediblər.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun Xaçmaz sakinləri ilə görüşü rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilib. Qəbulda vətəndaşlar tərəfindən Xaçmaz Xalq teatrına səhnə geyimlərinin və rekvizitlərin verilməsi, kitabxana menecmenti və marketinqi üzrə treninqlərin təşkili, işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə klub müəssisələrində profillər üzrə treninqlərin keçirilməsi, kənd kitabxana filiallarının telefon və internetlə təmin olunması, “Könüllülər mərkəzi”nin yaradılması, Xaçmazın tarixi məkanlarına mədəni marşrutların təşkili ilə bağlı müraciətlər diqqətə çatdırılıb.

Görüşdə həmçinin sakinlər tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyətinin regionda görüşlərinin keçirilməsi, Tarix-Diyarşünaslıq Muzeyində tarix dərslərinin təşkili, Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinə rus dilində ədəbiyyatın verilməsi ilə bağlı təkliflər də səsləndirilib.
Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşlərdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
Milli Konservatoriya Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
29.03.2020
Lənkəran Dövlət Dram Teatrın kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
29.03.2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
28.03.2020
Telekanallar milli filmləri nümayiş etdirəcək
26.03.2020
Evdə bax: Azərbaycanın unikal teatrı onlayn rejimə keçib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11488

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info