60 ilin cütlüyü bir saat fərqlə koronavirusdan öldü
Tarix: 13.03.2020 | Saat: 13:52:00 | E-mail | Çapa göndər


60 ilin cütlüyü 1 saat fərqlə ölüb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 60 ildir evli olan cütlük koronavirusa yoluxduğuna görə 1 saat fərqlə dünyadan köçüblər.
İtaliyanın Albino şəhərində yaşayan 82 yaşlı Severa Belotti və həyat yoldaşı 86 yaşlı Luigi Carrara koronavirusdan ölüblər.
60 ildir ailəli olan cütlük 8 gün boyunca evdə 39 dərəcə qızdırma ilə xəstə yatağında yatdıqdan sonra Bergamo Hospitalına aparılıblar. Onlar sözügedən xəstəxanada ölüblər.
"Mən anamla atamı eyni gündə itirdim. Onlar bir-birlərini çox sevirdilər. Koronavirus adi qrip deyil. Adi qripdən də dəhşətli xəstəlikdir", - deyə cütlüyün oğlu sosial şəbəkədə yazıb.
Məlumat üçün bildirək ki, dekabr ayında Çinin Vuhan əyalətindən bütün dünyaya yayılan koronavirusa bu günədək dünya üzrə 134804 insan yoluxub.
Ən son statistikaya görə xəstəlikdən 4984 nəfər ölüb, 70394 nəfər sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya və İranda baş verir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb
04.04.2020
Doğulan əkizlərə Korona və Kovid adlarını qoydular
04.04.2020
Tramp tibbi maska taxmamasının səbəbini açıqladı
04.04.2020
104 yaşlı müharibə veteranı koronavirusa qalib gəldi
03.04.2020
89 yaşında ata olacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
3 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
4 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
5 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info