Tural İsmayılov: “Dövlətin pandemik situasiyaya qarşı atdığı bütün addımlar kifayət qədər qənaətbəxşdir”
Tarix: 13.03.2020 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


“Azərbaycanın koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biri olması da ölkəmizin ÜST-lə səmərəli əməkdaşlığıni təsdiqləyir”


Dünyanı cənginə alan koronavirusla (COVİD-19) bağlı ayrı-ayrı ölkələrdə görülən tədbirlər qənaətbəxş sayılsa da hələ də bir çox ölkə vaxtında bu virusun qarşısının alınması istiqamətində önləyici tədbirlərin görməməsindən əziyyət çəkir. Virus o qədər təhlükəli həddə çatıb ki, hətta Çindən bir qitə aralı İtaliya kimi ölkə sözün həqiqi mənasında az qala iflic vəziyyətinə düşüb. Onlarla belə misal göstərmək olar ki, virusun yayılmasını məhdudlaşdıra bilmir... Azərbaycanda isə vəziyyət tamamən başqadır. İlin əvvəlindən görülən operativ tədbirlərin nəticəsidir ki, ölkəmiz virusla mübarizədə bir çox ölkələrə nümunə göstərilir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) saytında qurumun missiyasının Azərbaycana səfəri barədə məlumat verilir və ölkəmizin koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər, ÜST-lə əməkdaşlığı təqdir olunur... O da bəllidir ki, Azərbaycan, ÜST-nin laboratoriya müayinəsi dəstlərini alan 17 ölkədən biri sayılır. Yəni, işin ciddiliyini əvvəldən nəzərə alan Azərbaycan hökuməti virusla mübarizədə önləyici tədbirlərin görülməsinə tam məsuliyyətlə yanaşdı və bu gün də operativ tədbirlər davam etdirilir. Azərbaycan hökuməti həmçinin qonşu ölkələrlə əlaqəli şəkildə COVID-19-un yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verir və ÜST-nin strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırması da təqdir edilir. Elə ekspertlər də bu fikirdədirlər ki, Azərbaycan hökumətinin atdığı addımlar təkcə ölkəmiz üçün yox ümumilikdə region üçün böyük bir bəladan sovuşmağa səbəb oldu. ÜST-nin Azərbaycanla əməkdaşlığı öyməsi də təsadüfdən yaranmadı.

“Bütün bu görülən ciddi tədbirlərin fonunda saxta səs yazıları ilə insanları çaşdıran vicdansızlara fikir verilməməli, yalnız rəsmi məlumatlara inanmalıyıq”

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov “Palitra”ya verdiyi açıqlamada qeyd etdi ki, koronavirus artıq dünyanı cənginə alan ciddi pandemik prosesə çevrilib: “Təəssüflər olsun ki, virus durmadan yayılmaqda davam edir və rəqəmlər optimizm üçün heç bir yer qoymur. Amma bütün bunlara rəğmən, virusun qısa zamanda ortadan qalxacağı söylənilir. Azərbaycan dövlətinin gördüyü işlərə gəldikdə isə hökumətimiz virus təhdidi ilk günlərdən ortaya çıxan dövrdən ciddi addımlar atır. Həm Nazirlər Kabineti yanında Operativ Qərargah, həm də TƏBİB 24 saat fəaliyyət göstərən qaynar xətlər yaradıb. İstənilən vətəndaş hər hansı narahatlığı ilə bağlı günün istənilən vaxtı həmin qaynar xətlə əlaqə yarada bilər. Ölkəmiz virus təhlükəsi ilə bağlı məsələ ortaya çıxan ilk andan İranla sərhədlərini bağladı. Məktəblərdə dezinfeksiya işlərinin görülməsi ilə bağlı, həm də pandemiyanın törədə biləcəyi təhlükələrə qarşı tətil edildi. Bütün dövlət qurumlarında koronavirusla bağlı qaynar xətlər də formalaşdırıldı. Karantin bölgəsi elan olundu və hazırda ən çox virus yayılan ölkələrdən olan İrandan, İtaliyadan gələn vətəndaşlar karantinə alınır. Koronavirusa yoluxma ilə bağlı bütün məlumatlar operativ formada aidiyyəti media orqanlarında da yayılır. Bütün bunları ona görə qeyd etdim ki, ÜST-nin Azərbaycanda görülən işləri, sıx əməkdaşlığı təqdir etməsi təsadüfdən yaranmadı”. Ekspert hər şeyin qaydasında olduğu bir ölkədə sosial ajiotaj yaratmağa çalışanlara qarşı da ciddi tədbirlərin görülməsini vacib saydı: “Bütün bu görülən ciddi tədbirlərin fonunda süni şəkildə belə həssas dönəmlərdə saxta səs yazıları ilə insanları çaşdıran vicdansızlara fikir verilməməli, yalnız rəsmi məlumatlara inanmalıyıq. Artıq DİN və Baş Prokurorluq da koronavirusla bağlı “informasiya çirkliliyi” yaradacaq adamlara xəbərdarlıq etdi. Azərbaycanın koronavirusla bağlı ÜST-lə fəal əməkdaşlığını bir daha təqdir edirəm və ölkədə əlavə tibbi ləvazimatların alınması üçün xüsusi vəsaitin ayrılması isə ən çox təqdir olunası məsələlərdən olmalıdır. Azərbaycanın koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biri olması da ölkəmizin ÜST-lə səmərəli əməkdaşlığıni təsdiqləyir. Düşünürəm ki, dövlətin bu pandemik situasiyaya qarşı atdığı bütün addımlar kifayət qədər qənaətbəxşdir. Azərbaycan hökuməti qonşu ölkələrlə əlaqəli şəkildə COVID-19-un yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verməsinə gəldikdə isə dövlətimizin ÜST-nin strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırması humanitar missiyada daim aktiv olmağımızdan xəbər verir. Dünyada ağır zamanlarda dövlətimiz humanitar aksiyalara daim maddi və mənəvi dəstəyini ifadə edib. Ümid edirəm ki, vətəndaşlarımız da dövlətimizin yanında yer alacaq, bu çətin dönəmdə onlara olunan tövsiyələrə əməl edəcəklər. Xaricə səfərlər isə minimuma endirilsə, yaxşı olar”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər
06.04.2020
“Tehranda koronavirusa yoluxma sayı artsa, vəziyyət nəzarətdən çıxacaq”
06.04.2020
“COVİD-19 pandemiyası nəticəsində qlobal səviyyədə məişət zorakılığı artıb“
05.04.2020
“Bizim ölkənin koronavirusla mübarizədə atdığı addımlar qonşu və yaxın ölkələrdə təkrarlanmaqdadır“
05.04.2020
“Tədbirlər planı həm məşğul, həm də işləməyən vətəndaşlarımızın sosial təminatına hesablanıb“

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info