Ruhiyyə Məmmədova: “Hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət düşür”
Tarix: 14.03.2020 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


“Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır”


Hazırda dünya ölkələri koronavirus infeksiyası (COVİD-19) təhlükəsi ilə üzləşiblər. Hər bir ölkə kimi Azərbaycanda da bu virusa qarşı önləyici tədbirlər görülür. Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarını bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. ÜST-ün ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Hazırda Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir. Belə ki, tədbirlərin davamı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqinə başlayıb. Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Belə bir vəziyyətdə vətəndaş həmrəyliyinin güclənməsi çox önəmlidir. Vətəndaş cəmiyyəti nümayəndələri də əhaliyə bu çağırışla çıxış edirlər.

"Ümumdünya Səhiyyə Təşkilatının pandameya elan etdiyi vəziyyətdən qorunmaq ücün dövlətimiz vaxtında qabaqlayıcı addımlar atır"

Ahıllara və Tənhalara Dəstək İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova "Palitranews.az"a bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının pandameya elan etdiyi vəziyyətdən qorunmaq ücün dövlətimiz vaxtında cox gözəl və qabaqlayıcı addımlar atır: "Bütün dünyanı təhlükə altına alan koronovirusla baglı qabaqlayicı tədbirlərdən biri də insanlar sıx toplandıgı məkanların müvəqqəti olaraq baglanmasını, sərhədlərdə gediş-gəlişin miniuma endirilməsini təqdirəlayiq addım kimi hesab edirəm. Və sevindirici hal da ondan ibarətdirki ÜST Azərbaycandakı profilaktika tədbirlərini bəyənib. Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarını bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Hesab edirəm ki, bütün dünyanı cənginə alan koronavirus təhlükəsini hər bir vətandaş ciddi qəbul etməli ,qabaqlayıcı tədbirlər ücün verilən hər bir qərara fərdi olaraq diqqətlə yanaşmalıdır. Belə ki, tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Ümüd edirəm ki, vətəndaşlarımız bu məsələdə həmrəylik göstərərək hamı bir nəfər prinsipi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərarlarını qeyd-şərtsiz icra edecək və öz saglamlıglarının keşiyində dayanacaqlar".

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
“Dövlətin dəstək proqramı 2,5 mlrd. manat təşkil edəcək“
31.03.2020
1918-ci ildə Azərbaycanda həyata keçirilən qətl və talanlar xüsusi qəddarlıq, görünməmiş amansızlıqla icra edilirdi
30.03.2020
Dövlət biznes krediti faizlərinin ödənilməsinə dəstək verəcək (VİDEO)
30.03.2020
Təəssüf ki, bəzi vətəndaşlar koronavirus təhlükəsini hələ də dərk etmirlər
30.03.2020
Dövlətimizi qoruma səngərlərimiz evlərimizdir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11488

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info