Yaz bitkiləri və onların müalicəvi keyfiyyətləri
Tarix: 14.03.2020 | Saat: 16:31:00 | E-mail | Çapa göndər



Qış fəslində qidalanma insan orqanizmini vitamin və antioksidant deposunu azaldır, çünki qəbul edilən qidaların tərkibində vitaminlər az olur, necə deyərlər, bədən vitaminsizləşir. Yazda yeni çıxan bitkilərlə qidalanmaq orqanizmin balansını qoruyur, orqanizmin xəstəliklərə və xarici mühitin təsirlərinə davamlılığını artırır. Yazda ana təbiətin bitirdiyi nemətlərdən istifadə etmək sağlamlığa böyük kömək edir.

Həkim-fitoterapevt Fizuli Hüseynov ayrı-ayrı bitkilərin müalicəvi xüsusiyyətləri haqqında AZƏRTAC-a deyib: “Əməköməncinin tərkibindəki maldivin maddəsi çox güclü mikroböldürücüdür. Ağız boşluğu, ağciyər xəstəlikləri, mədə-bağırsaq səpgilərində çox faydalıdır.

Gicitkənin təzə yarpaqları ilə revmatizm xəstəliyində ayaqları döymək çox faydalıdır. Gicitkənin təzə yarpaqlarını 5-6 saat suda saxlayandan sonra şirəsini çəkib səhər acqarına içmək bədən üçün çox şəfalıdır. O, qan azlığını aradan qaldırır, yeni qan əmələ gətirir, hətta xərçəng şişlərini kiçildir.

Yaşıl sarımsaq tərkibinə görə baş sarımsaqdan çox-çox zəngindir. Çox güclü bir bakterisit və şişlər əleyhinə təsiri var, şirəsini çəkib limon şirəsi ilə qarışdırıb acqarına içilməsi xərçəng xəstələri üçün çox faydalıdır. Çox güclü bir qurdqovucudur, yeməklərlə yeyilməsi orqanizmdən bütün qurdların, əsasən də lyambliyaların tökülməsinə səbəb olur.

Qulançarın tərkibindəki vitaminlər mədə-bağırsaq yaralarında, qastrit və kolitlərdə çox yaxşı təsir göstərir. Fol turşusu ilə zəngin olduğuna görə hamilə qadınlar, A vitamini ilə zəngin olduğuna görə gözlər üçün çox faydalıdır. Böyrək soyuqdəymələrində azca qovrulub yeyilməsi məsləhət görülür”.
Yazda çıxan digər bitkilər barədə məlumat verən həkim-fitoterapevt deyib ki, cincilimdən dəmlənilmiş çaydan yarım stəkan içilməsi mədə qıcqırmasını aradan qaldırır, mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır, qaraciyər çatışmazlığı nəticəsində artan bütün fermentləri zaman-zaman azaldır: “Tərkibində yod olduğundan qalxanabənzər vəz çatışmazlığında həmin çayın içilməsi faydalıdır. Ondan dəmlənilmiş çayın axşam içilməsi əsəbləri sakitləşdirir, yaxşı yuxunu təmin edir. Yarpızın çaya qarışdırılıb içilməsi çox yaxşı köpqovucu təsir göstərir. Bədənə rahatlıq gətirir, əsəbləri sakitləşdirir. Reyhan bitkisi də çox faydalı xüsusiyyətlərə malikdir. Tərkibindəki zəngin vitaminlər iştahanı açır. Bədəndəki ödəmləri götürür, böyrəkləri təmizləyir”.




 
Bölməyə aid digər xəbərlər
21.10.2020
Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
20.10.2020
Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? - Həkim açıqladı
20.10.2020
Ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusa qalib gəlmək olar - MÜTƏXƏSSİS
16.10.2020
Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
15.10.2020
Ehtimal edirik ki, qış aylarında koronavirusla bağlı artım pik həddən daha yüksək olacaq - Hande Harmancı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
3 Xudatda əsgər ailələrinə yardım paylanılıb
4 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
5 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info