Qlobal problemə qarşı mübarizədə mətbuat dövlət və cəmiyyətlə eyni mövqedə olmalıdır
Tarix: 15.03.2020 | Saat: 13:52:00 | E-mail | Çapa göndər


Azərbaycanda koronavirusa görə bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Eyni zamanda, ictimai və sosial təhlükəsizlik qaydalarına əməl etmək hər bir vətəndaşın borcudur.
Bu fikirləri Trend-ə açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
O bildirib ki, insanların təhlükəsizliyinin, sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən bütün lazımi addımlar atılır:
"Nazirlər Kabineti tərəfindən verilən son qərarın icrası da məhz vətəndaşların layiqli həyat şəraitinin, onların təhlükəsizliyinin təmin edilməsinə və hazırkı qlobal problemin təsirindən müdafiəsinə yönəlib".
Mətbuatın hazırkı vəziyyətdə atacağı addımlara gəlincə, baş redaktor deyib ki, hazırkı məqamda mətbuat dövlət və cəmiyyətlə eyni mövqedən çıxış etməlidir:
"Mətbuat orqanları cəmiyyətin informasiya təhlükəsizliyini təmin etməli, insanları maarifləndirməklə virusun lokallaşdırılması istiqamətində aparılan işlərə öz dəstəyini verməli, yanlış, təşviş yaradacaq informasiyalar yaymaqdan çəkilməlidir. Hesab edirəm ki, dövlət, mətbuat və cəmiyyət birgə olub bu istiqamətdə tətbiq olunan müvafiq qaydalara əmək edilərsə, ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə mühüm töhfə vermiş olarıq" .




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
Dövlət biznes krediti faizlərinin ödənilməsinə dəstək verəcək (VİDEO)
30.03.2020
Təəssüf ki, bəzi vətəndaşlar koronavirus təhlükəsini hələ də dərk etmirlər
30.03.2020
Dövlətimizi qoruma səngərlərimiz evlərimizdir
30.03.2020
Rusiyalı həkim: Koronavirusun aqressivliyi getdikcə azalacaq
30.03.2020
Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info