Politoloq İlyas Hüseynov: “Seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək”
Tarix: 15.03.2020 | Saat: 14:20:00 | E-mail | Çapa göndər


“Siyasi mühitin konstruktivləşdirilməsi istiqamətində hakimiyyət tərəfindən atılmış yenilikçi addımlar fikir müxtəlifliyinə, təşəbbüskarlığa və novatorluğa yol açır”


Siyası partiyalar arasında dialoqun olması plüralizm nümunəsidir. Azərbaycan dövləti bu baxımdan siyasi partiyalara öz fəaliyyətləri üçün geniş imkan yaradır. Azərbaycan Milli Məclisinin yeni tərkibinin formalaşmasında bu, bir daha aydın oldu. Lakin Azərbaycan Respublikasında 55 siyasi partiya dövlət qeydiyyatına alınsa da, onların böyük qismi fəaliyyətsizdir və ya məhdud şəkildə fəaliyyət göstərir ki, bu da həmin təşkilatların informasiya resurslarına çıxışında bilavasitə özünü büruzə verir. Monitorinq nəticəsində müəyyən olunub ki, siyasi partiyalardan yalnız üçü - YAP, ADP və BAXCP mətbuat orqanına malikdirlər. 11 siyasi partiyanın internet saytı, 21-nin "Facebook" səhifəsi, 10-nun “Youtube” kanalı vardır. AXCP işini əsasən “Facebook” sosial şəbəkəsində qurub, partiya funksionerlərinin hər birinin öz səhifəsi var. Partiya sədri Əli Kərimli gündəlik qaydada statuslar yazır, paylaşımlar edir, bir neçə “Youtube” kanalı ilə işləyir və müsahibələr verir. Partiyanın regional təşkilatlar da cəlb olunmaqla yaradılmış “trol” şəbəkəsi Ə.Kərimlinin statuslarının paylaşılması, opponentlərə və hakimiyyətə qarşı “qara piar” kampaniyası aparılması üçün istifadə olunur.

“Cəmiyyət seçkinin nəticəsinə kölgə salmağa çalşan radikal, marginal qruplaşmanı boykot edir”

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Palitra"ya bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin cari ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası zamanı ətraflı və dolğun çıxışı Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb: "Cənab Prezident İlham Əliyev fevralın 9-da keçirilmiş parlament seçkilərini ölkəmizin həyatında önəmli hadisə olduğunu bildirib. Dövlət başçısı Azərbaycanda bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlamentin formalaşdığını və bunu demokratiyanın inkişafında önəmli addım olaraq adlandırıb. Prezident İlham Əliyev qeyd etdi ki, seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaq və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak ediblər. Qeyd etmək lazımdır ki, yenilənmiş parlamentdə Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanmasına rəğmən digər partiyaların nümayəndələri də altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri daha da sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var idi".
Politoloq deyib ki, Azərbaycanın siyasi palitrasının yeni konfiqurasiyasının formalaşdırılması, siyasi mühitin konstruktivləşdirilməsi istiqamətində hakimiyyət tərəfindən atılmış yenilikçi addımlar fikir müxtəlifliyinə, təşəbbüskarlığa və novatorluğa yol açır: "Təbii ki, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyası olmaqla yanaşı, Milli Məclisdə sözü kifayət qədər qiymətli və təsirlidir. Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik və həmrəylik hökm sürür. Təəssüflər olsun ki, eyni sözləri digər partiyalar haqqında deyə bilmirik. Son dövrlər radikal müxalifətin nümayiş etdirdiyi mövqe də anlaşılan deyil. Özünü müxalifət adlandıran marginal qruplaşma seçkilərdə iştirak etməkdən imtina etməklə yanaşı, ancaq seçkinin nəticəsinə kölgə salmağa yönəlmiş hərəkətləri ilə diqqət çəkməyə çalışıb. Lakin 27 ildir ki, cəmiyyət qeyd olunan marginal qruplaşmanı boykot edir”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
02.04.2020
Bolqarıstan KİV-ləri 31 mart - Azərbaycanlıların Soyqırımı Günü barəsində yazdı
02.04.2020
Milli Məclisinin Sədri struktur islahatları haqqında sərəncam qəbul edib
02.04.2020
Çexiya işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri“ tanımır
02.04.2020
XİN: Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqəti xarakter daşıyır
02.04.2020
Koronavirusla mübarizədə Azərbaycan təcrübəsi: Hansı ölkələr istifadə edir?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info