Azərbaycana gələn minlərlə şəxs koronavirusa görə müayinə olundu
Tarix: 15.03.2020 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən Astara və Biləsuvar rayonlarının ərazisində İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqələri ciddi rejimdə fasiləsiz olaraq fəaliyyətini davam etdirir.
Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda qeyd edilir.
"Bildiririk ki, mart ayının 15-nə olan məlumata əsasən, FHN-in peşəkar tibbi briqadası tərəfindən həmin qəbul-çeşidləmə məntəqələrində Azərbaycan ərazisinə keçən ümumilikdə 2 183 nəfər (670 nəfər Azərbaycan Respublikası, 336 nəfər Rusiya Federasiyası, 1 168 nəfər İran İslam Respublikası, üç nəfər Gürcüstan, üç nəfər Belarus Respublikası və hər birindən bir nəfər olmaqla Türkiyə Respublikası, Pakistan İslam Respublikası və Almaniya Federativ Respublikası vətəndaşları) müayinədən keçirilib. Bunlardan Astara qəbul-çeşidləmə məntəqəsi üzrə 1 182, Biləsuvar məntəqəsi üzrə 1 001 nəfər müayinədən keçirilib.

Müayinədən keçənlərdən cəmi 27 nəfərdə, o cümlədən Astara qəbul-çeşidləmə məntəqəsi üzrə 18, Biləsuvar qəbul-çeşidləmə məntəqəsi üzrə 9 nəfərdə şübhəli əlamətlər aşkar edildiyindən həmin şəxslər dəqiq diaqnoz qoyulması məqsədilə xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya göndərilib.

Hazırda Biləsuvar qəbul-çeşidləmə məntəqəsində heç bir şübhəli göstərici aşkarlanmamış 73 nəfər karantin şəraitində müvəqqəti saxlanılır ki, onların da vəziyyətlərində hansısa mənfi tendensiya müşahidə edilmir. Həmçinin, Astara rayonu üzrə 22 nəfər, Biləsuvar rayonu üzrə 15 nəfər olmaqla cəmi 37 nəfər öz istəklərinə uyğun olaraq xüsusi ayrılmış yerli xəstəxanada karantin şəraitində müvəqqəti qalır.
Qəbul-çeşidləmə məntəqələrində normal yaşayış üçün hər cür şərait yaradılıb, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s. ilə bağlı hər hansı problem yoxdur, sanitar-gigiyenik tələblər tam təmin olunub.
Qəbul-çeşidləmə məntəqələrində müvəqqəti qalan insanlar burada yaradılmış şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürlərini bildirirlər".




 
Bölməyə aid digər xəbərlər
02.04.2020
SMS-lər üçün operatorlara ödənilməsi nəzərdə tutulan vəsait dövlət hesabına ödəniləcək
02.04.2020
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02.04.2020
Neftçalanın icra başçısı MirHəsən Seyidov Aprel şəhidlərinin məzarını ziyarət edib
02.04.2020
Sabah rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq
02.04.2020
Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info