Xalq artisti Rafael Dadaşov vəfat edib
Tarix: 16.03.2020 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib. Bu barədə AZƏRTAC-a teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib. Qeyd edək ki, 1976-cı ildən Akademik Milli Dram Teatrında çalışan sənətkar onlarla səhnə əsəri və filmlərdə maraqlı obrazlarla yadda qalıb.
Rafael Dadaşov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu tamaşaların iştirakçısı olub. Həmin teletamaşalar içərisində Anarın "Ötən ilin son gecəsi" (Rüstəm), K.Holdoninin "Mehmanxana sahibəsi" (Sinyor Kavaler), Aslan Qəhrəmanovun "Səni axtarıram" və "Bağışla" (Vasif müəllim), Ruhəngiz Qasımovanın "Yollar görüşəndə " (Həmid), Hüseyn Cavidin "Topal Teymur" (Orxan), Üzeyir Hacıbəyovun "Ordan-burdan" (Həmid), İlyas Əfəndiyevin "Mənim günahım" (Sahib), İslam Səfərlinin "Göz həkimi" (Rauf), A. Rafın "İblis qadın" (Şef) və s. oynadığı obrazlar daha yaddaqalan və uğurludur. Aktyor "Var olun qızlar" (İsa), "Yarımçıq qalmış serenada" (Saksofonçu), "Bəxt üzüyü" (Rasim), "Mənim ağ şəhərim" (Baş mühəndis) bədii, "Qaçaq Süleyman" (Qraf Vorontsov) televiziya filmlərinə də çəkilib.
Allah rəhmət eləsin.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
“Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” onlayn rəsm müsabiqəsi elan olunur
07.04.2020
“Yuğ” Teatrı “Evdə qal, teatrsız qalma” kampaniyasına qoşulub
06.04.2020
Heydər Əliyev Mərkəzindən Almaniyaya dəstək
06.04.2020
Azərbaycan Dövlət Rəsm Qalereyası virtual sərgi təşkil edib
06.04.2020
Beynəlxalq Muğam Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info