Zeynəb Kazımova: “Operativ qərargahın verdiyi qərarların hər biri Azərbaycan vətəndaşı tərəfindən məsuliyyətlə yerinə yetirilməlidir”
Tarix: 16.03.2020 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Bütün dünyada, hətta ayrı-ayrı inkişaf etmiş ölkələrdə koronavirus (COVID-19) infeksiyasının sürətlə yayılması ilə bağlı neqativ xəbərlərin çoxaldığı bir vaxtda Azərbaycanda aparılan qabaqlayıcı tədbirlərin nəticəsi olaraq bu mövzuda pozitiv xəbərlər daha çox eşidilir. Bir neçə gün əvvəl virusa yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşının xüsusi rejimli xəstəxanalarda uğurlu şəkildə müalicə olunaraq sağalıb evə buraxıldığı elan edildi. Yəni, ölkədə geniş təşvişə səbəb olacaq situasiya yoxdur və dövlət öz vətəndaşlarını bütün dünyada tüğyan edən bu təhlükədən qorumaq üçün bütün mümkün vasitələrə əl atır, lazımi tədbirləri görür. Çünki vətəndaşların layiqli həyat şəraitinin, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Bu tədbirlərin davamı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqinə başlayıb.

“Ölkə üzrə tətbiq olunan məlum qaydalar və bəzi qadağalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur”

Dövlət Gömrük Komitəsi Akdemiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynəb Kazımova “Palitra”ya verdiyi açıqlamada ölkə başçısının ilk gündən bu məsələni ciddi nəzarət altında saxlamasını müsbət amil kimi dəyərləndirdi: “Məlum olduğu kimi, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir və bu proses davam etdirilir. Prezident də öz çıxışında vətəndaşlara xitabən vurğuladı ki, “Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür". Bildiyiniz kimi, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Hökumət tərəfindən həyata keçirilən bütün bu qabaqlayıcı tədbirlər vətəndaşlarımızın bu infeksiyadan qorunması və xalqımızın bu çətin məqamdan çıxmasına hesablanıb”.
O qeyd etdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərlə bağlı əhaliyə geniş məlumat verir, operativ şəkildə informasiyalar yayır: “Operativ Qərargahın verdiyi qərarların hər biri Azərbaycan vətəndaşı tərəfindən məsuliyyətlə yerinə yetirilməlidir. Nəzər almalıyıq ki, ölkədə hazırda xüsusi rejim tətbiq olunub və hər bir vətəndaş mövcud şərtlərə əməl etməlidir. Bu gün bütün dünyada da, ölkəmizdə də ən mühüm məsələ insan sağlamlığıdır. Təbii ki, burada ölkə üzrə tətbiq olunan məlum qaydalar və bəzi qadağalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Çünki bu qaydalara riayət olunması artıq milli təhlükəsizlik və milli həmrəylik məsələsidir.
Cəmiyyət olaraq bizim üzərimizə düşən əsas vəzifə bu qaydalara riayət olunması, həm özümüzün, həm də ətrafdakıların sağlamlığı naminə göstərilən təlimatların yerinə yetirilməsində tələbkar olmaqdır. Artıq dünəndən başlayaraq sosial şəbəkələrdə öz həmvətənlərinə müraciət ünvanlayaraq onlara kömək əlini uzadan vətəndaşlarımızın elanları ilə qarşılaşırıq. Bununla qürurlanmamaq olmur. Bu proses hazırda bütün dünyada bir həmrəylik çağırışına çevrilib”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər
06.04.2020
“Tehranda koronavirusa yoluxma sayı artsa, vəziyyət nəzarətdən çıxacaq”
06.04.2020
“COVİD-19 pandemiyası nəticəsində qlobal səviyyədə məişət zorakılığı artıb“
05.04.2020
“Bizim ölkənin koronavirusla mübarizədə atdığı addımlar qonşu və yaxın ölkələrdə təkrarlanmaqdadır“
05.04.2020
“Tədbirlər planı həm məşğul, həm də işləməyən vətəndaşlarımızın sosial təminatına hesablanıb“

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info