“Paşinyan və komandası dövlətin və vətəndaşların təhlükəsizliyini təmin edə bilmirlər”
Tarix: 16.03.2020 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “Bu gün Ermənistanda artan koronavirus təhlükəsinin günahkarı problemə düzgün yanaşa bilməyən hökumətdir”

Bu gün Ermənistanda çoxları Paşinyanın aprelin 5-nə təyin olunan referendumu təxirə salacağını düşünür. Çünki bir müddət əvvəl baş nazirin həyat yoldaşı Anna Akopyanın Braziliya prezidentinin həyat yoldaşı ilə görüşməsi onun koronavirusa yoluxma şübhəsini yaradıb. Ona görə də baş nazir və onun həyat yoldaşı testdən keçirilib. Doğrudur, çütlükdə koronavirus əlamətləri təsdiq edilməsə də, hazırda erməni mediasında Paşinyanın təşviqata qatılmayacağı barədə şayiələr yayılır. Belə görünür ki, referendum təxirə salınacaq. Qeyd edək ki, bu gün Ermənistanda olan Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri ölkənin virusa qarşı mübarizədə duruş gətirməyə hazır olmadığını etiraf ediblər. Məsələ bundadır ki, öz vətəndaşlarını evdən çölə çıxmamağa çağıran Avropa ölkələrindən, karantin pozulması ilə bağlı hətta edama məhkum edilən Çindən fərqli olaraq, Ermənistanda hökumət vətəndaşların şüurlu şəkildə özünü təcrid etməsinə güvənir. Maraqlıdır ki, «Qolos Armenii» saytı Ermənistandakı bu durumu erməni hakimiyyətinin naşı idarəçiliyi ilə əlaqələndirir. Sayt ölkədəki proseslərlə bağlı bəzi nümunələri əsas kimi göstərib. Məsələn, nümunələrdən biri budur ki, Paşinyan bir müddət əvvəl əyalətlərin birində olarkən çıxış edəcəyi auditoriyanı doldurmaq üçün müəllimlərdən şagirdləri məktəbə çağırmasını tələb etmişdi. Yeri gəlmişkən, bu gün ölkədə koronavirusla bağlı təhlükənin böyüdüyün bildirən sayt, qəribə də olsa, Ermənistandakı çaxnaşmanın səbəbini yayılan virusda deyil hökumətdə axtarır. Maraqlıdır ki, ötən şənbə Paşinyanla görüşən səhiyyə naziri Arsen Torosyan görüşdən sonra jurnalistlərlə görüşməmək üçün hökumət binasını gizli yolla tərk etmişdi. Bunu hakimiyyətin öz vətəndaşlarının çaxnaşmaya çağırışı kimi dəyərləndirən sayt çaxnaşmanın əsl səbəbini koronavirusda deyil, hökumətin problemi düzgün həll edə bilməməsi və bacarıqsızlığında görür: «Paşinyan və komandası naşı fəaliyyətləri ilə bir neçə gün ərzində dövlətin və vətəndaşların təhlükəsizliyini təmin edə bilmədiklərini ortaya qoydular. Bu gün dünyanın aparıcı ölkələri dünyanı bürüməkdə olan iqtisadi böhrana qarşı mübarizə tədbirləri apardıqları halda, Paşinyan məzuniyyət çıxıb referendumla bağlı təşviqat aparır. Dünyanın bütün rəhbərləri öz vətəndaşlarını böyük izdihamlardan çəkinməyə çağırdığı halda, «Mənim addımım» fraksiyasının nazir və deputatları insanları aprelin 5-də seçki məntəqələrinə gəlməyə çağırdılar». Bu gün Paşinyan üçün xalqın sağlamlığının o qədər də önəm kəsb etməydiyini bildirən sayt yazır ki, hazırda baş naziri aprelin 5-də «Bəli» deyəcək 650 minlik səs düşündürür: «Nikol üçün ölkədəki koronavirusla bağlı baş verənlər elə də önəmli deyil».
Saytın yazdığına görə, 650 minlik səs qazana biləcəyinə şübhə edən Paşinyan «qaçılmaz fiaskodan xilas olmaq üçün bir epidemiya təhlükəsindən istifadə etməyə təşəbbüs» göstərmək istəyir: “Çünki baş nazir də təqribən 6 milyon dollara başa gələcək referendum əvəzinə ölkədə neçə evsizin ev şəraitinin yaxşılaşdırıla biləcəyini anlayır».
Bu gün Ermənistanda koronavirusa yoluxanların sayının artmaqda olduğunu bildirən sayt Nikolun vəziyyətin qarşısını almaq üçün fürsəti əldən verdiyini bildirir. Doğrudur, Paşinyan hazırda əyalətlərdəki təşviqatını dayandırıb İrəvana qayıtsa da, referendumun təxirə salması sual altındadır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Rusiyada bir gündə iki nəfər koronavirusdan ölüb, 658 yoluxma halı qeydə alınıb
05.04.2020
Ermənistanda qazın satış qiyməti artırılır
05.04.2020
Ermənistanda daha 52 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb
05.04.2020
Özbəkistanda xüsusi karantin rejimi elan edilib
04.04.2020
Özbəkistanda koronavirusa yoluxanların sayı 263 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
2 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
3 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
4 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
5 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info