Fransa görünməz düşmənə qarşı müharibədədir
Tarix: 17.03.2020 | Saat: 00:37:00 | E-mail | Çapa göndər



Biz müharibədəyik. Fransa müharibədədir. Hər hansı orduya, millətə qarşı deyil bu müharibə. Düşmən görünməzdir.

Palitra AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanüel Makron COVID-19 koronavirusla bağlı xalqa müraciəti zamanı deyib. Fransa Prezidenti çıxışında 6 dəfə ölkənin “müharibə”də olduğunu təkrarlayaraq, xalqı tibbi qaydalara riayət etməyə çağırıb. Bələdiyyə seçkilərinin 2-ci turunun naməlum müddətə təxirə salındığını diqqətə çatdırıb.
E. Makron sabahdan Avropa İttifaqına və Şengen zonasına giriş-çıxışın 30 gün müddətində dayandırıldığını bəyan edib. O, martın 17-də yerli vaxtla saat 12:00-dan etibarən, ölkədə gediş-gəlişin tamamilə məhdudlaşdırılacağını bəyan edib.

Fransa Prezidenti tibb işçilərinin “müharibə”nin ön cəbhəsində olduğunu bildirib. Elzas regionunda tibbi böhranın son dərəcə ağır olduğunu, xəstəxanaların pasientlərlə dolu olduğunu deyən dövlət başçısı, hökumətin sabahdan bu regionun yardımına gələcəyini və pasientlərin digər xəstəxanalara köçürüləcəyini bildirib. Xaricdə yaşayan fransızlara səfirlik və konsulluqlara müraciət etmələrini məsləhət görüb.
Ölkədə bütün islahatların dayandırıldığını elan edərək, fransız müəssisələrinə hökumətin yardım göstərəcəyini və bu məqsədlə 300 milyard avro ayrılacağını diqqətə çatdırıb.
Digər yeni qaydalar Senat tərəfindən təsdiqlənəndən sonra tətbiq ediləcəyini vurğulayıb. Ölkənin üzləşdiyi “müharibə”yə qarşı birgə mübarizə aparmağa səsləyib. Fransa Prezidenti əhalini evdə qalmağa çağırıb.




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər
06.04.2020
“Tehranda koronavirusa yoluxma sayı artsa, vəziyyət nəzarətdən çıxacaq”
06.04.2020
“COVİD-19 pandemiyası nəticəsində qlobal səviyyədə məişət zorakılığı artıb“
05.04.2020
“Bizim ölkənin koronavirusla mübarizədə atdığı addımlar qonşu və yaxın ölkələrdə təkrarlanmaqdadır“
05.04.2020
“Tədbirlər planı həm məşğul, həm də işləməyən vətəndaşlarımızın sosial təminatına hesablanıb“

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info