Sosioloq Zəminə Səfərova: “Hər birimiz tətbiq edilən qaydalara maksimum əməl etməliyik”
Tarix: 17.03.2020 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


“Bizdən çox şey tələb olunmur - sadəcə panikaya düşməyək, həmrəy olaq, görüləcək tədbirlərə dəstək olaq, Operativ Qərargahın elan etdiyi qaydalara əməl edək”


“İctimai yerlərdən uzaq durmaq, ictimai nəqliyyatlardan az istifadə etmək, lazımsız-gərəksiz səfərləri ləğv etmək lazımdır”


Koronavirusun yayılma prosesi bu gün də davam edir və ilk mərhələdə ÜST dövlətlər, onlar vətəndaşları üçün bir sıra tövsiyə xarakterli qaydalar hazırladı. Virusun yüksək keçiricilik xüsusiyyətini nəzərə alaraq əsas tövsiyələrdən biri insanların olduqları yerdə fərdi karantin rejimində qalması, səyahət etməməsi və mümkün qədər az insanla təmasda olmasıdır. ÜST-nin qənaətinə görə səyahət edərkən insanın koronavirusa yoluxma riski çox yüksək olur. Hazırda müalicəsi olmayan bu virusun qarşısını dünyanın inkişaf etmiş ölkələri belə, ala bilmirlər. Bununla yanaşı, heç bir ölkə və şəxs heç nədən sığortalanmayıb. Buna görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da daha sərt tədbirlər tətbiq oluna bilər və ictimaiyyət buna hazır olmalıdır. Həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən biri də hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı olmasını təmin etməkdir. Əhalinin məlumatlandırılması ilə bağlı müvafiq işlər görülür. Nazirlər Kabineti yanında operativ qərargah gündə bir neçə dəfə mövcud vəziyyət və görülən işlərlə bağlı ictimaiyyətə məlumat verir.

“Vətəndaşların təhlükəsizliyini təmin etmək üçün ola bilsin ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da daha sərt tədbirlər tətbiq oluna bilər. Xalqıma müraciət edirəm və əminliklə deyirəm ki, əgər biz həmrəy, səbirli olarıqsa, qaydalara əməl edəriksə əlbəttə bu virusa da qalib gələcəyik”


Sosioloq Zəminə Səfərova “Palitra” ya bildirdi ki, hər çətin vəziyyətdə təlaşlanmaq deyil, təmkinli olmaq, ciddi və məsuliyyətli olmaq lazımdır: “Hər birimizin üzərinə koronavirus təhlükəsi ilə bağlı müəyyən vətəndaş məsuliyyəti düşür. Biz bu ümumi, kütləvi təlaşa qarşı birlikdə mübarizə aparmalı və hökumət tərəfindən həyata keçirilən tədbirlərə maksimum dəstək verməliyik. Çox şükürlər olsun ki, Azərbaycana bu xəstəlik çox gec gəldi. İlk dəfə Çində baş verməsi və insanların gec məlumatlanması, hazırlıqsız olması, insanların məsuliyyətsizliyi, kütləvi yerlərdə olmaları bu gün Çində, İtaliyada çox sayda ölümlərlə nəticələndi. Bu səbəbdən də digər ölkələrin buna hazırlıqlı olması və qarşısının alınması, tədbirlərin görülməsi nisbətən insanların az tələf olmasının nisbətən müsbət rolu oldu. Əziz həmvətənlərim odur ki, hər birimiz heç bir təşvişə düşmədən özümüzü və doğmalarımızı qorumalıyıq. Bunun üçün də hər birimiz ölkəmizdə elan edilən qərarlara, tətbiq edilən qaydalara, verilən tövsiyələrə ciddi yanaşmalı, maksimum əməl etməliyik. Bu xəstəlik irsi xəstəlik deyil ki, gizlədəsən. Əksinə dərhal həkimə müraciət etmək tövsiyə edilir. Qızdırma, öskürək o demək deyil ki, mən koronavirusam, öləcəm… Dərhal həkimə müraciət etmək lazımdır. Əgər gizlədilərsə və ev şəraitində müalicə edilərsə bununla ən əziz, doğma ailə üzvlərinizi təhlükədə qoymuş olarsınız. Əgər, biz bütün deyilənlərə düzgün və məsuliyyətlə yanaşsaq, koronovirusa qalib gələcəyik. Xəstəliyin müalicəsi yoxdur, hətta dünyanın inkişaf etmiş ölkələri belə virusun qarşısını ala bilmirlər. Eyni zamanda hansı ölkələr ki, səmərəli qabaqlayıcı tədbirlər görürlər, orada vəziyyət nisbətən daha qənaətbəxşdir. Azərbaycanda da öz növbəsində bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Bu baxımdan biz hətta bir çox ölkələri qabaqlayırıq. Azərbaycan Prezidentinin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi Qərargahın yaradılması, tranzit yüklərin daşınmasında xüsusi qaydaların tətbiq edilməsi, önləyici tədbirlərə yardımçı olacaq tibbi vasitələrin möhtəkirliyini etməyə çalışanlara qarşı ciddi tədbirlərin görülməsi öz nəticəsini verib və bu gün Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir. Ölkə Prezidenti bu məsələyə çox ciddi yanaşır və profilaktik tədbirlərin aparılması ilə bağlı tapşırıqlar verir. Vətəndaşların təhlükəsizliyini təmin etmək üçün ola bilsin ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da daha sərt tədbirlər tətbiq oluna bilər. Xalqıma müraciət edirəm və əminliklə deyirəm ki, əgər biz həmrəy, səbirli olarıqsa, qaydalara əməl edəriksə əlbəttə bu virusa da qalib gələcəyik. İctimai yerlərdən uzaq durmaq, ictimai nəqliyyatlardan az istifadə etmək, lazımsız-gərəksiz səfərləri ləğv etmək lazımdır. Hər, bir ailənin yaşlı üzvləri var. Yaşlı insanlar virusun təsirinə daha tez məruz qalır. Buna görə də onlara xüsusi diqqət və qayğı göstərilməlidir. Onlar başımızın tacıdır, valideynlərimizdir. Onları qorumaq borcumuzdur. Bu da bir sınaqdır. İnşallah bu sınaqdan yaxşı çıxmağın çox faizi öz əlimizdədir”.

“Azərbaycanda istənilən marketdə ərzaq qıtlığı yoxdur. Hətta uzaq gələcəkdə də ölkəmizdə ərzaq qıtlığının olacağı gözlənilmir. Hər zaman olduğu kimi tədarükünüzü görə bilərsiniz, lakin aclıq gözlənilmir”

Sosioloq onu da bildirdi ki, infeksiyanın yayılmaması üçün əlimizdən gələni etməliyik: “Əhalinin məlumatlandırılması ilə bağlı müvafiq işlər görülür və görülməlidir. Təşviş yaradan, əsassız, yalan, şayiələrə əhəmiyyət verməyin. Onlar insanları təşvişə salmaqdan başqa bir şey deyil. Yalan təşviş zəif insanlarda digər daha pis xəstəliklərin yaranmasına gətirib çıxarar. Hər-hansı xəstəlik olursa-olsun pozitiv olmaq və səbirlə təmkinlə ona qalib gəlmək lazımdır. Yəqin ki, yalan məlumatlar yayan insanlara da cəza tətbiq ediləcək. Azərbaycanda istənilən marketdə ərzaq qıtlığı yoxdur. Hətta uzaq gələcəkdə də ölkəmizdə ərzaq qıtlığının olacağı gözlənilmir. Hər zaman olduğu kimi tədarükünüzü görə bilərsiniz, lakin aclıq gözlənilmir, heç belə düşünmək də gülüncdür. Biz ölkəmizdə gedən müvafiq dezinfeksiya işlərinin aparılmasında dəstəyimizə ondan ibarət ola bilər ki, heç olmasa mane olmamalıyıq. Bizdən çox şey tələb olunmur - sadəcə panikaya düşməyək, həmrəy olaq, görüləcək tədbirlərə dəstək olaq, Operativ Qərargahın elan etdiyi qaydalara əməl edək. İctimai nəqliyyatda xəstəliyin yayılma imkanları geniş olduğunu nəzərə alaraq, insanlar qoruyucu vasitələrdən daha ciddi istifadə etməlidir. Azərbaycan dövləti tərəfindən vaxtında atılan qətiyyətli addımlar və görülən effektiv tədbirlər ölkəmizdə səhiyyə xidmətlərinin əlçatanlığı, gigiyena mədəniyyətinin yüksək olması, ictimai yerlərdə hökumətin müəyyənləşdirdiyi qaydalara diqqətlə riayət edilməsi virusun kütləvi şəkildə yayılmasının qarşısını alan addımlardan hesab edilə bilər. Ancaq əsas məsələlərdən biri koronovirus təhlükəsinə qarşı tədbirlərin kompleks şəkildə və ardıcıl olaraq həyata keçirilməsidir ki, bu da hər şeydən öncə Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısı və diqqəti kimi qiymətləndirilməlidir. Biz başqa ölkələrin bu virusdan necə əziyyət çəkdiyini və ölənlərə biganə deyilik, çox kədərlənirik. Lakin bunların bəzi səhlənkarlıqlarını təkrarlamamalıyıq. Ona görə də son dərəcə ehtiyatlı olmalıyıq. Qabaqlayıcı tədbirlərdə fəal olmalıyıq. Bilməyən insanları cəmiyyətdə, sosial şəbəkələrdə, qonşuya, qohuma gigiyena qaydalarına düzgün riayət etmələrini və ciddi yanaşmalarının tövsiyə etməliyik. Hər birimiz özümüzü və ətrafımızdakılara diqqət, qayğı ilə yanaşsaq əhəmiyyətini görərik”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat
05.04.2020
Ailə TV karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib
05.04.2020
Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın -VİDEO
05.04.2020
Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib
04.04.2020
Baş nazir Tədbirlər Planını təsdiqlədi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info