Azərbaycanda karantində olan şəxslərə bayram sovqatı paylanılıb (VİDEO)
Tarix: 17.03.2020 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Masallı Rayon Mərkəzi Xəstəxanasında karantində saxlanılan şəxslərə bayram sovqatı verilib.
Palitra-nın məlumatına görə, xəstəxananın xüsusi geyimli işçiləri bayram xonçası ilə karantin otaqlarına daxil olub və karantində olan şəxslərin bayramını təbrik ediblər.
Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.
Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat
05.04.2020
Ailə TV karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib
05.04.2020
Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın -VİDEO
05.04.2020
Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib
04.04.2020
Baş nazir Tədbirlər Planını təsdiqlədi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info