Zirəddin Rzayevdən koronavirus proqnozu
Tarix: 17.03.2020 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


Azərbaycanı nə gözləyir...


Tanınmış ekstrasens Zirəddin Rzayev Axar.az-a eksklüziv müsahibəsində dünyanı cənginə alan koronavirus və bu pandemiyanın Azərbaycanda hansı nəticələrə səbəb olacağı ilə bağlı danışıb.


Palitra Publika.az-da yer alan sözügedən müsahibəni təqdim edir:

- Zirəddin bəy, siz bildirmisiniz ki, koronavirusla bağlı hələ 3 il əvvəl mətbuata açıqlama vermisiniz.

- Bəli, bu virusla bağlı 2017-ci ildə rus mətbuatına proqnoz vermişdim və virusun xarakteristikasını tam dəqiqliyi ilə təsvir etmişdim. Payız vaxtlarında dəhşətli virusun dünyanı bürüyəcəyini, insanların kütləvi şəkildə həlak olacağını, maskada gəzəcəklərini təsvir etmişdim. İllər ötdükcə bəzi viruslar onsuz da ortalığa çıxır, lakin bu formada olacağı düşünülmürdü. Mən bunu və onun əhatə dairəsini qabaqcadan bildirmişdim.

- Bəs koronavirus nə zaman zərərsizləşdiriləcək?

- Yayın axırlarında bu virus tam zərərsizləşdiriləcək. Ola bilsin, koronavirus bir-iki həftə sonra bitsin, amma yayın axırlarına ondan bir əlamət qalmayacağını görürəm.

- Növbəti illərdə koronavirusun yenidən peyda olma ehtimalı varmı?

- Hələlik bu barədə bir şey deyə bilmərəm, amma 2-3 il sonra yenə dünyada virus yayılacaq. Lakin onun koronovirus və ya yeni virus olacağı ilə bağlı dəqiq heç nə deyə bilmirəm. Onu da deyim ki, bu virus elə də dəhşətli olmayacaq. Onun hansı regionu əhatə edəcəyi üzərində işləməmişəm deyə, indi sizə məlumat verə bilmərəm.

- Bəs koronavirus Azərbaycanda da geniş yayılacaqmı?

- Azərbaycanla bağlı proqnozum ürəkaçandır. Çindəki, İtaliyadakı kimi ağır vəziyyət yaşanmayacaq. Amma ölkədə virusdan ölüm hallarının olması istisna edilmir.

- Zirəddin bəy, qorxunc heyvanların meydana gəlməsi barədə də fikir səsləndirmisiniz. Bu hadisənin nə vaxta təsadüf edəcəyini deyə bilərsinizmi?

- Məndə bəzən “görmə”lər olur. Həmin vaxtlar mən özüm də gördüklərimə inana bilmirəm. Çox maraqlı psixoloji haldır. Həmin hadisələr baş verəndə özüm də dəhşətə gəlirəm ki, həqiqətənmi bunu əvvəlcədən görmüşəm, hiss etmişəm!

Bir dəfə Qərbdə yerləşən bir yeraltı şəhərdə böyük laboratoriya olduğunu və süni insanlar yetişdirildiyini gördüm. Həmçinin genləri dəyişdirilmiş vəhşi heyvanlar yaradılırdı. Okeanda akula, balina kimi çox nəhəng varlıqların əmələ gəldiyini görürdüm. Onlar mənə dinozavrları xatırladırdı. Mən heyvanlarla bağlı bu hadisənin son 50 illikdə olacağını demişəm. Dediyimin üzərində dururam.

- Neftin qiyməti son 4 ildə ən aşağı həddə düşüb. Bununla bağlı nə deyə bilərsiniz?


- Neftin qiyməti qəfildən qalxacaq. Bu hal yaxın zamanlarda baş verəcək.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
“Forbes” dünyanın ən varlı insanının adını açıqlayıb
07.04.2020
Yarı dişi, yarı erkək arı tapılıb
07.04.2020
Yaşı 86 olan xәstә koronavirusdan sağalıb
06.04.2020
Futbolda künc və cərimə zərbələrinin ləğv olunması təklif edilib
06.04.2020
Unikal limuzin - təyyarə satışa çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info