Azərbaycan-Rusiya sərhədi artıq bağlanıb
Tarix: 18.03.2020 | Saat: 00:25:00 | E-mail | Çapa göndər



Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı dövlət sərhədi müvəqqəti bağlanıb.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, martın 18-də saat 00:00-dan etibarən iki ölkə arasında gediş-gəliş məhdudlaşdırılıb.
Martın 17-də Moskvanın Domodedovo hava limanından 23:45-də sonuncu müntəzəm Moskva-Bakı aviareysi həyata keçirilib. Martın 18-dən etibarən isə Rusiyada olan Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün çarter reyslərin həyata keçirilməsinə başlanılacaq.
APA-nın əldə etdiyi məlumata görə, martın 18-də Moskvadan Bakıya yalnız Azərbaycan vətəndaşlarını daşıyacaq üç çarter reysinin həyata keçirilməsi planlaşdırılır. Bu reyslər Moskvanın Domodedovo və Vnukovo hava limanlarından həyata keçiriləcək. Eyni ilə bir çarter reysi də Sankt-Peterburqdan Bakıya həyata keçiriləcək
Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar Rusiya xarici vətəndaşlar üçün sərhədlərini martın 18-dən mayın 1-dək bağlı elan edib. Rusiya hökumətinin qadağa məhdudiyyəti səfirlik və konsulluqların əməkdaşlarına, beynəlxalq nəqliyyatda yük daşıyan avtomobil sürücülərinə, hava, dəniz və çay gəmilərinin ekipaj üzvlərinə, qatar briqadalarının üzvlərinə şamil olunmayacaq. Bundan başqa, Rusiyada yaşamağa icazəsi olan əcnəbilərə qadağa aid deyil.




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Gürcüstanda koronavirusa yoluxanların sayı 117 nəfər çatıb
01.04.2020
Dünya Səhiyyə Təşkilatı: Tacikistanda koronavirus yoxdur
01.04.2020
Ermənistanda 571 koronavirus daşıyıcısı var
01.04.2020
Ukraynada koronavirusdan ölənlərin sayı 17 nəfərə çatıb
01.04.2020
Moskvada daha 5 nəfər koronavirusdan ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
2 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
3 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
4 Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
5 Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info