Ünvanlı yardım üçün müraciət edənlərin kommunal və rabitə xərclərinin limiti artırılacaq
Tarix: 18.03.2020 | Saat: 12:30:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi üçün cari ildə də müvafiq işlər aparılacaq.
Proqramın genişləndirilməsi üçün vacib məsələlərdən biri sosial yardım sisteminin aztəminatlı ailələrə əlçatanlığının artırılmasıdır.
Bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda və sosial yardımın alınması üçün müraciət edilməsi, təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı Qaydalarda dəyişikliklər layihələri hazırlanıb.
Belə ki, hazırkı qanunvericiliyə görə ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda ünvanlı sosial yardımın təyin olunmasından elektron sistem tərəfindən avtomatik imtina edilir. Yeni layihələrdə həmin limitin artırılması yer alıb.
Bununla bərabər, layihələrdə ailə tərkibində baş vermiş dəyişikliyə və buna görə məlumat verilməməsinə görə yardım təyinatındam imtina edilməməsi və ya ödənilən yardımın dayandırılmaması, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması və ailənin sosial yardım hüququna maneə yaratmaması və s. əksini tapır. Həmçinin ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının azaldılması, müvafiq məlumatların aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ünvanlı sosial yardım alan ailələrin sayı 2019-cu ildə 40 mindən 72 minə çatıb. Ötən il bu yardımın alınması üçün kriteriyaların (həmçinin torpaq pay mülkiyyəti ilə bağlı şərtin) yumşaldılması ilə bağlı müəyyən işlər nəticəsində əlavə 7 min ailə sosial ünvanlı sosial yardım proqramına daxil olub.
Ümumilikdə bu il ünvanlı sosial yardım alan ailələrin sayının 85-90 minə çatdırılması hədəflənir.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Əhaliyə pulsuz tibbi maskalar paylanılır
06.04.2020
Ağstafada 100-dən çox ailəyə yardım sovqatları paylanılıb
06.04.2020
Muzdlu işçilərə ödəmələr bu həftə ərzində veriləcək
06.04.2020
Prezidentin əfv sərəncamı ilə azadlığa qovuşanların siyahısı
06.04.2020
İş yerlərinin qorunması məqsədilə atılacaq addımlar açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info