Ermənistan ordusunda koronavirus panikası: hərbi qulluqçular xidmət yerlərindən qaçırlar
Tarix: 18.03.2020 | Saat: 14:04:00 | E-mail | Çapa göndər


İşğalçı ölkənin Müdafiə Nazirliyi tərəfindən koronavirusla mübarizə məqsədilə lazımi tədbirlərin görülməməsi, hərbi tibb müəssisələrinin məsuliyyətsizliyi və tibbi ləvazimatların çatışmazlığı Ermənistan ordusunun hərbi qulluqçuları arasında izdihama səbəb olub


Koronavirus Ermənistanta panika və hökumətdən narazılıqlar yaratmağa başlayıb

Ermənistanda sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən işğal edilmiş Şuşa yaşayış məntəqəmizdə qondarma “DQR” rəhbərliyinin şəhərdə yerləşən “Şuşa həbsxanası”-nın dustaqlarını gizli olaraq təxliyə etməsi, koronavirusa (COVİD-19) yoluxmuş xəstələri karantin məqsədi ilə İrəvan şəhərinin 50 kilometr şimal-şərq istiqamətində yerləşən Kotayk vilayətinin Dərəçiçək (Tsaxkadzor) şəhərində yerləşən keçmiş sovet dövründən köhnə, dağınıq və sökük halda qalmış idman mərkəzlərinin birinə yerləşdirilməsi ortaya çıxıb.
Yayılan məlumatlara görə Ermənistan baş naziri Nikol Paşinyan işğal edilmiş ərazilərimizdə gələcəkdə qondarma rejim tərəfindən keçirilməsi nəzərdə tutulan saxta parlament və prezident seçkilərində dəstəklədiyi siyasi fiqurun qalib gəlməsi üçün Qarabağda bir neçə avtoritetlərlə sövdələşmə edib. Beləliklə, N.Paşinyan koronavirusu bəhanə edərək razılığa gəldiyi avtoritetləri azadlığa buraxdıraraq onun dəstəklədiyi siyasi fiqurun opponentlərinə qarşı təzyiqlər göstərmək niyyətinddir.
Eləcə də əhali arasında da virusa yoluxma kütləvi hal aldığından Eçmiədzin şəhərində bankların, dükanların və digər məişət obyektlərinin işləməməsi, bəzi müəssisələrin isə fasilələrlə fəaliyyət göstərməsi böyük müzakirə mövzusuna çevrilib.
Eyni zamanda Ermənistan vətəndaşları sosial şəbəkələrdəki səhifələrində Ermənistan ordusunda hərbi qulluqçular arasında da koronavirusun geniş yayılmasını və Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən bu halların gizlədildiyi bildirirlər.
Belə ki, erməni sosial şəbəkələrində aparılan araşdırmalar nəticəsində məlum olub ki, Eçmiədzin yaşayış məntəqəsində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağ atıcı diviziyasının hərbi qulluqçuları arasında da koronavirusa yoluxanların sayı həddindən artıqdır.
İşğalçı ordunun 10-cu dağ atıcı diviziyasının 6-cı dağ atıcı alayın komandiri xidmət yerinə gələn və yüksək hərarəti olan zabit, gizir və müddətdən artıq hərbi qulluqçuların hərbi hissəyə buraxılmaması barədə göstəriş verib.
1-ci ümumqoşun ordusunun komandirinin əmrinə əsasən tabelikdə olan hərbi hissələrdə məzuniyyət, ezamiyyət, buraxılış, kütləvi tədbirlər və valideynlərlə görüş qeyri müəyyən vaxtadək qadağan edilib.
Lakin buna baxmayaraq erməni KİV-də yayılan məlumatlara görə Ermənistan baş naziri Nikol Paşinyanın hərbi xidmətdə olan oğlu Aşot Paşinyan isə məzuniyyət götürərək Sevanda N.Paşinyanın ailəsi üçün ayrılmış yay iqamətgahında istirahət etdiyi də bildirilir. Bu da əhali arasında haqlı narazılıqlara səbəb olub.
Digər tərəfdən, Müdafiə Nazirliyi tərəfindən koronavirusla mübarizə məqsədilə lazımi tədbirlərin görülməməsi, hərbi tibb müəssisələrinin məsuliyyətsizliyi və tibbi ləvazimatların çatışmazlığı da Ermənistan ordusunun hərbi qulluqçuları arasında izdihama səbəb olub. Çoxlu sayda hərbi qulluqçu xidməti yerlərinə qayıtmaqdan imtina edir, bəziləri isə koronavirusa yoluxma qorxusunu bəhanə edərək xidmət yerlərindən qaçırlar.
Son olaraq onu da qeyd edək ki, xəbərlərdə Ermənistanla Dağlıq Qarabağ arasında “sərhəd və gömrük məntəqələrinin”də müvəqqəti bağlandığı bildirlir.
Bu arada youtube kanalında Eçmiədzin şəhərinə onlarla təcili tibbi yardım maşınının göndərilməsi barədə yayılan süjet valideynləri böyük təşvişə salıb.
Valideynlərin koronavirusa yoluxan əsgərlərin vəziyyəti ilə bağlı çoxsaylı müraciətlərinə Ermənistan Müdafiə Nazirliyi biganə yanaşır.
Bu gün Ermənistanda fövqəladə vəziyyətin elan edilməsi də bu ölkədə vəziyyətin nə qədər acınacaqlı olmasının göstəricisidir.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Rusiyada bir gündə iki nəfər koronavirusdan ölüb, 658 yoluxma halı qeydə alınıb
05.04.2020
Ermənistanda qazın satış qiyməti artırılır
05.04.2020
Ermənistanda daha 52 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb
05.04.2020
Özbəkistanda xüsusi karantin rejimi elan edilib
04.04.2020
Özbəkistanda koronavirusa yoluxanların sayı 263 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
2 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
3 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
4 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
5 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info