Bakıda avtobuslarda dezinfeksiya işləri gücləndirildi
Tarix: 18.03.2020 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


İctimai nəqliyyatda əksepidemik tədbirlər davam etdirilir.
Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına əsasən dezinfeksiya tədbirləri daha da gücləndirilib:
"Fevralın 27-dən başlanılan işlər hazırda daha da intensivləşdirilib. Bununla bağlı daşıyıcılarla görüş keçirilib, vəziyyətlə bağlı onlara məlumat, eyni zamanda müvafiq tapşırıqlar verilib. Hər gecə istehsalat bazalarında avtobuslar təmizləndikdən sonra dezinfeksiya olunur. Ümumilikdə 2100 avtobusun hər biri dezinfeksiya olunub. İşlərin gedişatı daim diqqətdə saxlanılır. BNA tərəfindən növbəli rejimdə çalışan qruplar müəyyənləşdirilib və onlar əvvəlcədən xəbərdarlıq etmədən istehsalat bazalarına baxış keçirirlər. Burda da əsas məqsədimiz qoyulan tapşırıqların icrasına nəzarəti təmin etməkdir. Bundan əlavə gün ərzində son dayanacaq məntəqələrində də avtobuslar xüsusi dərman preparatlarından istifadə olunmaqla təmizlənir".

M.Ağayev bildirib ki, əksepidemik tədbirlər Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində də aparılır:

"Mərkəzdə həftədə iki dəfə bu işlər görülür. Gecə saatlarında mərkəzin ərazisindəki perronlar, gözləmə zalları və park-yaşıllıq hissə dərmanlardan istifadə olunmaqla təmizlənir. Burda bu cür tədbirlərin keçirilməsi olduqca vacibdir. Çünki buradan gün ərzində 300 minə yaxın sərnişin istifadə edir. Məlumat üçün qeyd edim ki, mərkəzdə insanların tez-tez əllərini dezinfeksiya edə bilməsi üçün xüsusi məhlul olan dispenser qoyulub. Hazırda avtobuslarda da dispenserlərin qoyulması ilə bağlı iş aparılır. Bu cür durumlarda vacib olan məqamlardan biri də sərnişinlərin sanitar maarifləndirilməsidir ki, bununla bağlı da ciddi işlər görülür. Sosial şəbəkələrdə gündəlik olaraq müxtəlif posterlər paylaşılır. Texniki baxımdan mümkün olan avtobuslarda səsli elanlar verilir. Bu elanlar ÜST-ün tövsiyələri əsasında hazırlanan təlimatlardır ki, bu cür edpidemik vəziyyətlərdə ictimai nəqliyyatda və ümumiyyətlə ictimai məkanlarda necə davranmaq lazım olduğu bildirilir. Eyni səsli anons Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində də yayımlanır.
Bir daha bildirmək istəyirəm ki, bütün bu sadalanan tədbirlər davam edir, eyni zamanda şəhər nəqliyyatı Bakı Nəqliyyat Agentliyi Nazirlər Kabineti tərəfindən COVİD-19 xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə veriləcək digər tapşırıqların icrasına da tam hazırdır".




 
Bölməyə aid digər xəbərlər
02.04.2020
SMS-lər üçün operatorlara ödənilməsi nəzərdə tutulan vəsait dövlət hesabına ödəniləcək
02.04.2020
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02.04.2020
Neftçalanın icra başçısı MirHəsən Seyidov Aprel şəhidlərinin məzarını ziyarət edib
02.04.2020
Sabah rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq
02.04.2020
Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info