Müşviq Məmmədovdan təşkilatlara virusa yoluxma risklərindən qorunmaq üçün faydalı məsləhətlər
Tarix: 19.03.2020 | Saat: 12:17:00 | E-mail | Çapa göndər



Koronavirusun yayılması ilə əlaqədar təşkilatlar işçilərini məsafədən iş rejiminə keçirməyə başlayıblar.
«Kaspersky» şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov yaranmış vəziyyəti şərh edərək, təşkilatlara məsafədən iş fəaliyyət zamanı yoluxma risklərindən qorunmaq üçün faydalı məsləhətlər verib.
«İşçilərin evdən işləməsi ilə, ofislərlə məsafədən əlaqələrin sayı artacaq, işçilər ofis infrastrukturuna qoşulmaq üçün şəxsi cihazlardan istifadə edəcəklər. Bu müəyyən risklərə səbəb olacaq, buna görə də, təşkilatlar, xüsusən də əvvəllər bu iş üslubundan istifadə etməyən şirkətlərin təhlükəsizlik xidmətləri, əlavə tədbirlər görməlidirlər.Bu vəziyyətdə prioritet vəzifələr bunlardır: etibarlı əlaqəni təmin etmək, cihazın etibarlı olduğundan əmin olmaq, məsafədən iş zamanı kommunikasiya qaydaları haqqında razılığa gəlmək.
Şirkət nümayəndəsinin sözlərinə görə, trafik müdaxiləsinin qarşısını almaq üçün korporativ şəbəkə ilə əlaqələrin hamısı, məsələn, VPN tunellərindən istifadə edərək şifrələnməlidir, lazim gələrsə ikisəviyyəli identifikasiyanı quraşdırmaq lazımdır. Əgər işçi korporativ cihazı evə aparırsa, çox güman ki, onun üzərindəki qoruyucu həllər artıq işləyir. Ev kompüterindən istifadə edərkən, potensial yoluxmuş cihazları ona qoşmaq riskini aradan qaldırmaq üçün bütün lazımi təhlükəsizlik proqram təminatlarının quraşdırıldığından əmin olmaq vacibdir.
İş qaydaları haqqında razılaşmaq da vacibdir, belə ki, danışıqların, qarşılıqlı zənglərin təhlükəsiz şəraitdə aparılması və s. Bundan başqa həmkarlara kiber təhlükəsizliyin əsas qaydalarını xatırlatmaq lazımdır, yəni, yad adamların məktublarında gələn linklərə keçməməli, etibarlı şifrələrdən istifadə etməli və s.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Ailə NET istifadəçiləri üçün “Palitranews.az”-a giriş aylıq abunədən asılı olmayaraq açıq olacaq
06.04.2020
Əhaliyə pulsuz tibbi maskalar paylanılır
06.04.2020
Ağstafada 100-dən çox ailəyə yardım sovqatları paylanılıb
06.04.2020
Muzdlu işçilərə ödəmələr bu həftə ərzində veriləcək
06.04.2020
Prezidentin əfv sərəncamı ilə azadlığa qovuşanların siyahısı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info