Hikmət Hacıyev: AŞPA-nın məruzəçisi Sunna Evarsdottir anlamalıdır ki, Azərbaycanla hədə və təhdid dilində danışa bilməz
Tarix: 19.03.2020 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi Sunna Evarsdottirin Azərbaycanla bağlı qərəzli bəyanatına münasibət bildirib. Hikmət Hacıyev AZƏRTAC-a açıqlamasında deyib ki, sözügedən şəxs öz mandatını aşaraq Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirməklə ölkəmizi hədələmək və vəzifəsindən ölkəmizə qarşı hücumlar üçün sui-istifadə etmək yolunu tutub.
“Vurğulamaq istərdim ki, Azərbaycan tərəfi S.Evarsdottir ilə konstruktiv əməkdaşlıq üçün şərait yaratmış və onun 2019-cu ildə məruzəçi qismində ölkəmizə səfəri həyata keçirilmişdir. Təəssüf edirik ki, S.Evarsdottir Azərbaycanın bu xoş münasibətini düzgün qiymətləndirə bilmədi və fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ərəfəsində onun verdiyi bəyanatlar qərəzli münasibətin bariz nümunəsidir. S.Evarsdottirin bu qeyri-etik açıqlaması məzmunca əsassız, mahiyyətcə qərəzli, tərz etibarilə isə tamamilə qəbuledilməzdir. S.Evarsdottir anlamalıdır ki, Azərbaycanla hədə və təhdid dilində danışa bilməz”, - deyə Hikmət Hacıyev qeyd edib. Prezidentin köməkçisi vurğulayıb ki, AŞPA-da Azərbaycanı hədələməyə çalışan və ölkəmizə qarşı fəaliyyət göstərən qərəzli qüvvələr həmişə mövcud olub. Lakin onlar heç vaxt öz çirkin məqsədlərinə nail ola bilməyib və siyasi səhnədən silinib gediblər. Onların uğursuz siyasi aqibəti S.Evarsdottir üçün də dərs olmalıdır.




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
“Prezident bir daha göstərdi ki, insanların sağlamlığı, təhlükəsizliyi əsas amildir!”
05.04.2020
Türk Şurası: Üzv dövlətlər koronavirusla mübarizədə dərin əməkdaşlıq ruhu nümayiş etdirirlər
05.04.2020
Qoşulmama Hərəkatı üzv ölkələri Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımayıb
04.04.2020
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı əks olunub - VİDEO
04.04.2020
AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info