“Koronavirusla mübarizə üçün bütün cəmiyyətimizin səfərbər olmasına ehtiyac yaranıb”
Tarix: 19.03.2020 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Nərmin Hüseynzadə: “Cənab Prezidentin də qeyd etdiyi kimi hər kəs öz gigiyenasına əməl etməlidir, bir qədər səbir və sosial izolyasiya ilə bağlı müvəqqəti yaranmış çətinliklərə sinə gərərək tezliklə bu sınaqdan da alnıaçıq çıxacağıq”


Məlum olduğu kimi Yeni Azərbaycan Partiyası(YAP) özünün çoxsaylı üzvlərinin təkliflərini nəzərə alaraq koronavirusa qarşı mübarizədə ehtiyacı olan vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinin yerinə yetirilməsi işində mümkün köməkliyin göstərilməsi, zəruri məlumatların çatdırılması, maarifləndirmə işlərinin aparılması məqsədilə təşkilatın bütün strukturlarını səfərbər edib. YAP-ın bununla bağlı yaydığı məlumatda bildirilir ki, dünyanı ciddi təşvişə salan, minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasına qarşı mübarizə Azərbaycan hökumətinin fəaliyyətində ön plana çıxıb. Prezidentin tapşırığı əsasında, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah koronavirusun yayılmasının qarşısının alınması istiqamətində gərgin iş rejimində səmərəli fəaliyyət göstərir. Epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır, virusa yoluxma hallarının qarşısının alınması, zəruri profilaktik tədbirlərin görülməsi ilə əlaqədar vacib addımlar atılır, əhaliyə lazımi məlumat və tövsiyələr verilir. Təcrübə göstərir ki, bütün cəmiyyət və ayrılıqda hər bir vətəndaş virusa yoluxmaların qarşısının alınmasında mühüm rol oynaya bilər və oynamalıdır. Həmçinin qeyd olunur ki, Yeni Azərbaycan Partiyasının gəncləri sosial şəbəkələr üzərindən operativ qərargahın tövsiyələrinin əhali arasında yayılmasına köməklik göstərmək məqsədilə aksiyalar təşkil etməyi qərara alıb.

“Yalan məlumatlar yayan, əhali arasında əsası olmayan xəbərlər paylaşmaqla panika yaratmağa cəhdlər edənlər isə məsuliyyətə cəlb edilməlidir”

YAP Zəngilan rayon Təşkilatı Gənclər Birliyinin sədri Nərmin Hüseynzadə “Palitra”ya verdiyi açıqlamada partiyanın koronavirusa qarşı mübarizəyə aktiv şəkildə qoşulmasını müsbət amil saydı. O, hökumətin atdığı operativ addımları və ilin əvvəlindən virusla mübarizə istiqamətində görülən işlərdən də söz açaraq bütün bunların ümumilikdə vətəndaşların təhlükəsizliyinə xidmət etdiyini vurğuladı: “Yeni Azərbaycan Partiyasının gəncləri daim təbliğat işlərində, bir sıra böyük sosial layihələrdə, xeyriyyə aksiyalarında aktiv olublar. Bu gün də bütün dünyanı cənginə alan koronavirusla mübarizə üçün bütün cəmiyyətimizin səfərbər olmasına ehtiyac yaranıb. Yəni, hər kəs verilən tapşırıq, tövsiyə və məsləhətlərə, açıqlanan qaydalara əməl etməli, sosial şəbəkələrdə bu istiqamətdə işlər aparmalıdır ki, məlumatsız olan şəxslərə də tövsiyələr çatsın. Bu gün YAP gənclərinin də sosial şəbəkələr üzərindən Operativ Qərargahın tövsiyələrinin əhali arasında yayılmasına köməklik göstərmək məqsədilə aksiyalara başlaması alqışlanmalıdır. Düşünürəm ki, buna ciddi ehtiyac var idi və nəinki YAP gəncləri, ümumilikdə Azərbaycan gəncliyi fəal olmalı təbliğat işlərində bir-birinə yardım etməlidir. Çünki sosial şəbəkələr günümüzdə həyatımıza aktiv şəkildə daxil olduğu üçün hazırda cəmiyyətin bütün təbəqəsi burada təmsil olunur. Bu mənada sosial şəbəkələrdə aparılan istənilən düzgün təbliğat tədbiri, aksiya daha çox effekt verər. Yalan məlumatlar yayan, əhali arasında əsası olmayan xəbərlər paylaşmaqla panika yaratmağa cəhdlər edənlər isə məsuliyyətə cəlb edilməlidir. Düşünürəm ki, uşaqdan qocaya qədər hər kəsin diqqətlə izlədiyi koronavirusla bağlı məlumatlar təsdiqini tapmayan yalan xəbərlər üzərindən paylaşılırsa, burada ciddi məsuliyyətsizlik var. Ona görə də rəsmi mənbələrə əsaslanan xəbərlərin paylaşılmasını məqbul sayıram. Dövlətimizin kifayət qədər iqtisadi gücü var, yaşanan istənilən ağır duruma adekvat cavablar veriləcək. Amma hələ ki, bizdə vaxtında görülmüş düzgün tədbirlər nəticəsində heç ağır durum yaşanmır. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda infeksiyanın kütləvi yayılması yoxdur. Cənab Prezidentin də qeyd etdiyi kimi hər kəs öz gigiyenasına əməl etməlidir, bir qədər səbir və sosial izolyasiya ilə bağlı müvəqqəti yaranmış çətinliklərə sinə gərərək tezliklə bu sınaqdan da alnı açıq çıxacağımızı düşünürəm”.

Tural Tağıyev






 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Ermənistanın Dağlıq Qarabağda mövcudluğu beynəlxalq konvensiyalara ziddir
31.03.2020
İtaliyada işləyən həkimimiz: “Ölənləri yerləşdirməyə yerlər yoxdur” - VİDEO
31.03.2020
“Dövlətin dəstək proqramı 2,5 mlrd. manat təşkil edəcək“
31.03.2020
1918-ci ildə Azərbaycanda həyata keçirilən qətl və talanlar xüsusi qəddarlıq, görünməmiş amansızlıqla icra edilirdi
30.03.2020
Dövlət biznes krediti faizlərinin ödənilməsinə dəstək verəcək (VİDEO)

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info