Azərbaycan XİN koronavirusla bağlı xarici ölkələrdəki vəziyyətə dair məlumatlar toplayır
Tarix: 20.03.2020 | Saat: 14:00:00 | E-mail | Çapa göndər


Koronavirus pandemiyasının yayılması ilə bağlı bütün ölkələrdə, o cümlədən Azərbaycanda ən ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu gün hökumət tərəfindən görülən tədbirlər birbaşa Prezident İlham Əliyevin nəzarətindədir.
Trend xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib. O qeyd edib ki, hər bir dövlət qurumu üzərinə düşən öhdəliyin yerinə yetirilməsi üçün tədbirlər görür. Xarici İşlər Nazirliyi və ölkəmizdən kənarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz bu sahədə ciddi fəaliyyət göstərir.
Artıq Xarici İşlər Nazirliyinin “qaynar xətt”inin fəaliyyət göstərdiyini deyən L.Abdullayeva qeyd edib ki, 596 94 41, 596 94 42, 596 94 43, 596 94 44, 596 94 45, 596 94 46 nömrələri nazirliyin 24 saat fəaliyyət göstərən “qaynar xətt” nömrələridir. Saat 09:00-dan saat 21:00-dən Xarici İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları bu qərargahda növbəli şəkildə yuxarıda göstərilən nömrələrə gələn zəngləri cavablandırırlar. Saat 21:00-dan səhər saat 09:00-dək isə bu xətlər mobil nömrələrə keçirilir. Əməkdaşlar evdən sualları cavablandırırlar. Eyni zamanda, paralel olaraq Xarici İşlər Nazirliyinin elektron poçt ünvanı fəaliyyət göstərir (workinggroup@mfa.gov.az).
Nazirlik rəsmisi bildirib ki, bu qərargahda yüzlərlə zəngə cavab verilir. Qərargaha ölkə daxilindən və xaricdən zənglər gəlir. Bütün müraciətlər toplanıb Nazirlər Kabineti yanında Operativ Qərargaha ötürülür. Bundan başqa, Xarici İşlər Nazirliyi mütəmadi olaraq xarici ölkələrdəki səfirlik və konsulluqlarla əlaqə saxlayır, həmin ölkədəki vəziyyət barədə məlumatlar toplanır.




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
Dövlət biznes krediti faizlərinin ödənilməsinə dəstək verəcək (VİDEO)
30.03.2020
Təəssüf ki, bəzi vətəndaşlar koronavirus təhlükəsini hələ də dərk etmirlər
30.03.2020
Dövlətimizi qoruma səngərlərimiz evlərimizdir
30.03.2020
Rusiyalı həkim: Koronavirusun aqressivliyi getdikcə azalacaq
30.03.2020
Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info