“Çoxpartiyalı parlamentin formalaşması demokratiyanın inkişafında önəmli addımdır”
Tarix: 20.03.2020 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


Vətəndaş cəmiyyəti təmsilçiləri siyasi partiyalarla dialoqun aparılmasını yüksək dəyərləndirirlər

Regionlarda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları, vətəndaş cəmiyyəti təmsilçiləri ictimai-siyası prosesləri daim izləyir, xalqla dövlət arasındakı münasibətlərin formalaşması, aparılan məqsədyönlü islahatları, seşki prosesini yaxından müşahedə edir. Biz növbədənkənar parlament seçkilərində 1300-dən çox namizədin deputat mandatı uğrunda mübarizəyə qoşulmasını demokratiya və qanunun aliliyinin təzahürü kimi qiymətləndiririk. Ümumilikdə seçkilərin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirməsini, vətəndaş cəmiyyəti təmsilşiləri olaraq çox yüksək qiymətləndiririk.
Məlum olduğu kimi mart ayının 10-da altıncı çağırış Milli Məclisin ilk iclası keçirildi. İclasda müstəqillik tariximizdən bəri ilk dəfə olaraq parlamentə xanım spiker seçildi. Biz QHT təmsilşiləri olaraq bir daha şahidi olduq ki, gender bərabərliyinin hərtərəfli təmini Azərbaycan dövlətinin başlıca məqsədlərindəndir. Hesab edirik ki, bu hadisə Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını artırmaqla yanaşı cəmiyyətimizin inkişafı və dövlət quruculuğu prosesində qadınların rolunu daha da gücləndirəcək.
Hazırda Azərbaycanda bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşmış və hesab edirik ki, bu demokratiyanın inkişafında önəmli addımdır. Yeni Milli Məclisin rəhbərliyində müxalifət – Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsi olaraq Fəzail İbrahimlinin yer alması tərəfimizdən çox müsbət qarşılandı. Belə ki, müstəqillik dövründə Milli Məclisin vitse - spikerlərindən heç biri müxalifət partiyasının nümayəndəsi olmamışdır. Biz QHT nümayəndələri olaraq bu hadisəni demokratiya yolunda atılmış uğurlu bir addım kimi yüksək qiymətləndiririk.
Qeyd edək ki, Parlamentdə digər azlığı təmsil edən partiyaların nümayəndələri komitə sədrlərinin müavini təyin edilmişlər. Bu da bir irəliləyişdir. Hesab edirik ki, belə ənənələr gələcəkdə də davam etdirilməlidir.
Hazırda biz vətəndaş cəmiyyəti təmsilçilərini maraqlandıran əsas məsələlərdən biri də iqtidar və müxalifət təmsilçiləri arasında baş tutan görüşlərdir. Artıq bir müddətdir Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi, siyasi partiya rəhbərləri ilə görüşlər keçirir. Məlumata görə bu günə qədər bir çox siyasi partiyalar ilə görüşlər keçirilmişdir. Qeyd edək ki, görüşlərdə siyasi partiyalar və dövlət münasibətləri, siyasi partiyalar, ictimai – siyasi vəziyyət, iqtidar – müxalifət münasibətləri mövzusunda diskusiyalar aparılmışdır. Hesab edirik ki bu dialoqlar nəticəsində Azərbaycanımız daha sürətlə inkişaf edəcək, xalqımız daha demokratik, daha gözəl bir ölkədə yaşayacaq.
Cənab Prezident İlham Əliyev tərəfindən “Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi edib. Bu da çox ciddi addımdır” istiqamətindəki fikirləri, ölkəmizin demokratik, hüquqi, dünyəvi dövlət olmasının ən bariz nümunəsidir. Bütün siyasi partiyalarla dialoqun aparılması, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən də, yüksək dəyərləndirilir. Ökə başçısının “O ki qaldı, bu dialoqdan imtina edən qruplaşmalara, onlar özləri bilərlər. Hər halda mən demişəm, bir daha demək istəyirəm, uduzan tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq” fikri Əli Kərimlinin bu istiqamətdə atdığı qərəzli mövqeyinə əsl cavab oldu.

Səbuhi Nəbiyev
"Qəbələ Regional Gənclərin Resurs Mərkəzi" İB-nin icraçı direktoru




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat
05.04.2020
Ailə TV karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib
05.04.2020
Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın -VİDEO
05.04.2020
Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib
04.04.2020
Baş nazir Tədbirlər Planını təsdiqlədi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info