Yeni yaradılan Milli Observatoriya bu işləri görəcək
Tarix: 20.03.2020 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanının icrası olaraq, Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxs yaradılmaqla, Observatoriyanın Nizamnaməsi və strukturu təsdiq edilib.
Nazirlikdən Trend-ə verilən məlumata əsasən, nizamnaməyə uyğun olaraq, Observatoriya əmək bazarı və sosial müdafiə sahələrində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanması və həyata keçirilməsində iştirak edəcək. Əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi bu publik hüquqi şəxsin əsas vəzifələri sırasındadır.
Observatoriya iqtisadi fəal əhalinin, məşğulluğun və işsizliyin kəmiyyət tərkibinin və keyfiyyət göstəricilərinin müasir vəziyyətini, onların dəyişilməsinə təsir göstərən sosial-iqtisadi şəraiti təhlil edəcək. Bu əsasda cari və perspektiv proqnozlar hazırlayacaq. İqtisadiyyatın rəqabətədavamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələbləri müəyyənləşdirəcək.
Qurum əmək bazarının müxtəlif seqmentlərində tələb və təklif arasında uyğunsuzluğun müəyyən edilməsi və aradan qaldırılması üçün monitorinqlər və sorğular aparacaq. Onların nəticəsindən asılı olaraq təkliflər, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbat üzrə qısamüddətli, ortamüddətli və üzunmüddətli proqnozlar hazırlayacaq.
Qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində fəaliyyətin təkmilləşdirilməsi üçün təkliflərin, eləcə də sosial müdafiə, əhali sakinliyi və demoqrafiya sahəsi ilə bağlı proqnozlar və səmərəli qərarların qəbul edilməsi üçün təkliflərin hazırlanması və s. də Observatoriyanın vəzifələrinə daxildir.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat
05.04.2020
Ailə TV karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib
05.04.2020
Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın -VİDEO
05.04.2020
Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib
04.04.2020
Baş nazir Tədbirlər Planını təsdiqlədi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info