PAŞA Sığortadan tam təmənnasız Telesəhiyyə Xidməti!
Tarix: 21.03.2020 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


PAŞA Sığortadan könüllü tibbi sığortası olan hər kəs ödənişsiz olaraq Telesəhiyyə xidmətindən yararlana biləcək.

Daim müştərilərin qeydinə qalan PAŞA Sığorta şirkəti beynəlxalq və yerli səhiyyə qurumlarının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının (COVİD-19) yayılma riskinin qarşısının alınması məqsədilə tibb müəssisələrinə planlı müraciətləri (təxirəsalınmaz hallar istisna olmaqla) müvəqqəti olaraq minimallaşdırmağı və fərqli vaxta keçirməyi tövsiyə edir.
Cari vəziyyətdə ehtiyac olan tibbi dəstəyin təmin edilməsi üçün şirkət “Könüllü Tibbi Sığorta” proqramı təklif etdiyi bütün korporativ müştərilərinə tam təmənnasız “Telesəhiyyə xidməti” təklif edir. Bu xidmət vasitəsilə PAŞA Sığortadan Könüllü Tibbi Sığortası olan hər kəs 31 May tarixinə qədər saat 08:00-dan 22:00-dək (bazar günləri istisna olmaqla) və bayram günləri saat 10:00-dan 16:00-dək (+994 12) 404 98 50 telefon nömrəsi ilə əlaqə saxlayıb sağlamlıqları ilə əlaqədar yaranan müxtəlif sorğularla bağlı peşəkar ailə həkimi və həkim-pediatr məsləhətindən yararlana biləcək.
Xidmət PAŞA Sığortanın tərəfdaşı olan “Sphera health care AZ” şirkəti tərəfindən təmin edilir.
Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Azərbaycanın koronavirusla mübarizə büdcəsi 3 milyarda çatır
05.04.2020
Azərbaycanda banklar və sığorta şirkətləri bu ay haqq ödəməyəcək
04.04.2020
Azərbaycanda fərdi sahibkarlara ayrılan kompensasiyanın məbləği məlum oldu
04.04.2020
Azərbaycanda 300 min muzdlu işçiyə 215 manat kompensasiya veriləcək
04.04.2020
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info