Tural İsmayılov: “Azərbaycan dövləti ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edib”
Tarix: 21.03.2020 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


“Ayrılan vəsait sahibkarların dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması, ölkə əhalisinin, xüsusilə aztəminatlı təbəqənin social müdafiəsinin təmin olunmasına və digər bu kimi məqsədlərə yönəldiləcək”

Məlum olduğu kimi Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzaladı. Sərəncamda deyilir ki, son dövrlər koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi müşahidə olunur. Yeni infeksiyanın, eyni zamanda, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri də artmaqdadır. Ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir. Mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlər aradan qaldırılmalı, əhalinin sosial rifahı qorunmalı və iqtisadi inkişafın davamlığı təmin edilməlidir. Qoyulmuş bu məqsədlərə nail olmaq üçün ölkədə bütün səylərin və təşəbbüslərin birləşdirilməsi tələb olunur. Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Bu imkanlara arxalanaraq dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərmişdir. Eyni zamanda, özəl sektorun sosial məsuliyyət təşəbbüsləri ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün önəmlidir. Sərəncama əsasən 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1 milyard manat ayrılması da tapşırılıb. Bundan başqa sərəncamda bir sıra mühüm tapşırıq və tövsiyələr də yer alıb. Artıq cəmiyyətdə də Prezidentin məlum sərəncamı belə bir həssas vaxtda atılan düzgün addım kimi dəyərləndirilir.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov “Palitra”ya verdiyi açıqlamada qeyd etdi ki, 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1 milyard manat ayrılması ilə bağlı verilən tapşırıq və sərəncamdan irəli gələn digər məsələlərin tövsiyə edilməsi Azərbaycan iqtisadiyyatının xeyrinə işləyən amil olacaq:
“Koronavirus pandemiyadır və nəinki dünyada böyük əks-sədaya səbəb olub, artıq bir çox inkişaf etmiş ölkələr bu epidemiyanın əlində aciz qalıblar. Təəssüf ki, koronavirus dünyada sahibkarlıq subyektlərinə və iqtisadi strukturlara da ciddi təsir göstərir. Karantinlər, sərhədlərin bağlanması, fövqəladə vəziyyətlər və sosial izolyasiyalar iqtisadiyyatı “tormoz”layır. Bu baxımdan koronovirusun Azərbaycanda insanlar arasında kütləvi şəkildə yayılmaması üçün ölkəmizdə də sosial izolyasiya tədbirləri görülür, lazımi bəzi məhdudlaşdırıcı addımlar atılır. Amma iqtisadiyyat da ciddi şəkildə tənzimlənib nəzarətdə saxlanılır. Pandemiya ilə eyni anda neftin qiymətinin düşməsi isə ciddi sosial həyəcan yarada bilib. Koronavirus infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri artır. Əhalinin sağlamlığını mühafizə etmək və ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanda həyata keçirilən sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərə bilər. Lakin ölkə başçısının təcili və təxirəsalınmaz addımları ilə ölkəmizin koronavirus və onun yaratdığı fəsadlara qarşı yüksək səviyyədə mübarizə aparmasının şahidi oluruq. Azərbaycan dövləti ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edib, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin Fərmanı ilə Koronavirusla Mübarizə Fondu yaradıldı. Dugər tərəfdən koronavirusun yayılması və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb. Ayrılan vəsait sahibkarların dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması, ölkə əhalisinin, xüsusilə aztəminatlı təbəqənin social müdafiəsinin təmin olunmasına və digər bu kimi məqsədlərə yönəldiləcək. Sərəncama əsasən yaradılan və artıq tərkibi bəlli olan işçi qruplar zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin, bu sahələrdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq edəcək. Bundan başqa bir sıra dövlət işçiləri maaşları saxlanılmaqla növbədənkənar məzuniyyətə buraxıldı. Son olaraq isə daha bir örnək olacaq addımı müşahidə etdik ki, bu da Prezidentin öz 1 illik əməkhaqqını Koronavirusla Mübarizə Fonduna ianə etməsidir. Azərbaycan rəhbərliyi bu gün ən yüksək səviyyədə bu bəlaya qarşı sözün həqiqi mənasında savaşır. Düşünürəm ki, bu addımlar iqtisadi sabitliyi qoruyacaq, Koronavirus ölkə daxilində pandemik yoluxma yaratmayacaq. Bu fonda biz də dövlətimizin yanında olmalı, çölə çıxmamalı və izolyasiya qaydalarına əməl etməliyik”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi
25.10.2020
Bayrağımızı ucaldan Azərbaycan Polisi
25.10.2020
Hərbçilərimiz koronavirusla bağlı çağırış etdi
24.10.2020
Rusiya səfirliyi Ermənistanın Gəncəyə raket atəşi nəticəsində ölən yeniyetmə ilə bağlı məlumat yayıb
24.10.2020
Erməni təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - Nazirlik

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
4 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
5 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info