Təmiz su orqanizm üçün ən faydalı içkidir
Tarix: 22.03.2020 | Saat: 12:49:00 | E-mail | Çapa göndər



Səhər yuxudan oyanan kimi ən azı 1 stəkan su qəbul edilməsi çox faydalı hesab edilir. Uzun illərdir ki, həkim və diyetoloqlar suyun orqanizm üçün ən çox faydalı yeganə içki olduğunu deyirlər.

Təbii üsullarla müalicə həkimi Ulduz Hüseynova AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib: “Su hüceyrələri toksinlərdən təmizləyir və immun sistemini möhkəmləndirir, orqanizmin virus, bakteriya və göbələklərlə mübarizə gücünü artırır. Bundan başqa, su qanın qatılaşması və trombozun qarşısını alaraq ürəyin, beynin işemik xəstəlikləri, miokard infarktı və insult riskini azaldır, dəri xəstəliklərinin qarşısını alır və onun sağlam görünməsini təmin edir.

Su qəbul edilməsi çəkini azaldır. Məsələ burasındadır ki, orqanizmdə su azalanda maddələr mübadiləsi zəifləyir və bədən hərarəti aşağı düşür. Onun yerini doldurmaq üçün piy toxumasının qalınlığı artır və kökəlmə baş verir. Həmçinin hesab olunur ki, yeməkdən əvvəl suyun içilməsi mədədə toxluq hissi yaradır və çəki itkisinə səbəb olur”.

Suyun içilmə qaydası barədə məlumat verən həkim deyib: “Yeməkdən 30 dəqiqə əvvəl içilən su mədə-bağırsaq sistemini qida qəbuluna hazırlayır. Bu, qastrit, duodenit, mədə qıcqırması, mədə, bağırsaq xoraları və qəbizlikdən əziyyət çəkənlər üçün xüsusilə faydalıdır. Yeməkdən 2,5 saat sonra içilən su qidanın parçalanmasına sərf olunan mayenin yerini doldurur və həzmdən sonra yaranan susuzluğu yatırır. Fiziki hərəkətlərdən və idmandan əvvəl içilən su tərləmə üçün ehtiyac olan su deposunu doldurur.

Həkim daha sonra bildirib: ”Suyun evdə filtrasiya edilərək içilməsi daha məqsədəuyğundur və məsləhətdir ki, suyu bir qədər qələviləşdirən filtirlərdən istifadə olunsun. Çünki həmin su hüceyrələrə daha asan daxil olur və toksiki maddələri asanlıqla orqanizmdən xaric edir. Qanın pH göstəricisinin 7,4 olduğunu nəzərə alsaq, hüceyrələr və toxumaarası mayenin də turşu-qələvi tarazlığının eyni olması vacibdir. Lakin bir çoxlarının yaşadığı hipodinamik həyat, qeyri-sağlam qidaların yeyilməsi və suyun az miqdarda qəbulu toxumalarda çoxlu turş məhsulların toplanmasına səbəb olur. Sağlamlıqla əlaqədar bir çox problemlərin həllini məhz qələviləşdirilmiş suların qəbulu ilə tapmaq olar”.
Ulduz Hüseynova qeyd edib ki, orta hesabla gündə 1,5-2 litr filtrasiya olunmuş təmiz və qazsız su içmək tövsiyə olunur. Lakin qəbul edilən suyun miqdarı çəki, fəaliyyəti növü və iqlim şəraitindən asılı olaraq dəyişə bilər. Onun dadını dəyişmək üçün içərisinə bir az zəncəfil, limon, və ya portağal qatmaq olar.




 
Bölməyə aid digər xəbərlər
20.10.2020
Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? - Həkim açıqladı
20.10.2020
Ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusa qalib gəlmək olar - MÜTƏXƏSSİS
16.10.2020
Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
15.10.2020
Ehtimal edirik ki, qış aylarında koronavirusla bağlı artım pik həddən daha yüksək olacaq - Hande Harmancı
15.10.2020
İndi COVİD-19-a yoluxanlarda xəstəliyin daha ağır gedişatı müşahidə olunur - Xəstəxanadan reportaj

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
2 Бакинские армяне призывают Ереван прекратить оккупацию
3 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
4 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
5 Toyuğun bu hissəsi xərçəng yaradır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info