ASK koronavirusun iqtisadiyyata təsirinin azaldılması ilə bağlı təkliflər hazırlayıb
Tarix: 22.03.2020 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


İlhamə Abdullayeva: "İlkin təkliflər variantı artıq hazırdır və İşçıq Qrupu daxilində həmin təkliflər müzakirəyə çıxarılacaq"


Hazırda koronavirus dünyada minlərlə insan ölümü ilə yanaşı, növbəti iqtisadı böhrana da səbəb olub. Belə bir pandemiya şəraitində hər bir dövlət öz əhalisinin sağlamlığını qoruyur və eyni zamanda iqtisadi olaraq ayaqda qalmağa çalışır. Azərbaycan dövləti də koronavirus pandemiyasının ciddiliyini nəzərə alarq bütün lazımı qabaqlayıcı tədbirlər görür. Həmçinin, iqtisadi vəziyyətin stabil saxlanılması üçün Prezident İlham Əliyev tərəfindən “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalanıb. Artıq Nazirlər Kabineti tərəfindən bu sərəncamdan irəli gələrək yaradılmış İşçi qupların tərkibi təsdiq edilib. İşçi Qrupuna Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayev də daxildir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası tərəfindən də təkliflər hazırlanır. Qurumun mətbuat xidmətinin rəhbəri İlhamə Abdullayeva "Palitra"ya özəl olaraq bildirib ki, Azərbaycan biznes ictimaiyyəti, sahibkarları ölkə başçısının sərəncamı ilə koronavirusun iqtisadiyyata təsirinin azaldılması üçün İşçi Qurupun yaradılmasını çox müsbət qarşılayır və təşəkkürünü bildirir: "Ümumiyyətlə, ölkə başçısı daim Azərbaycan biznesini, sahibkarları dəstəkləyir. Bunu ölkə başçısının çıxışlarından, imzaladığı Sərəncam və fərmanlarından, irəli sürdüyü təkliflərdən də görmək olar. Azərbaycan sahibkarı daim Prezidentin qayğısını hiss edib. Qeyd edim ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası hazırda 6 mindən çox sahibkarı öz ətrafında birləşdirir və təşkilatın tərkibində 14 komissiya fəaliyyət göstərir. Bu komissiyalar iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Öz növbəsində komissiyalar sahibkarlıqda baş verən sahələr üzrə hər hansı çətinlikləri araşdırır və bununla bağlı hökumətə təkliflər verir. Koronavirusla bağlı mübarizədə Azərbaycan sahibkarları ölkə başçısının həyata keçirdiyi tədbirləri dəstəkləyir. Bununla bağlı ilk günlərdən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası öz növbəsində sahibkarlarla sıx danışıqlar aparır və bu virusun iqtisadiyyata vura biləcəyi zərərləri aydınlaşdırmağa çalışıb. Qeyd etdiyim 14 komissiyanın işi aktivləşib və onlar öz sahələri üzrə koronavirusun iqtisadi təsirlərini öyrənməyə başlayıblar. Konfederasiya bütün üzvlərinə email və sosial şəbəkələr vasitəsilə müraciət edib və koronavirusun onların işinə göstərdiyi təsirlə bağlı təklifləri toplamağa başlayıb. Artıq sahibkarların bir qismi bu təklifləri Konfederasiyaya təqdim edib. Həmin təkliflərin üzərində işlər gedir və bu təkliflər hüquqi çərçivəyə salınaraq hökumətə təqdim olunacaq".
İlhamə Abdullayeva deyib ki, regionlarda da ASK-nın 40-dan çox üvü fəaliyyət göstərir və onlarla da aktiv iş aparılır: "Bölgələrdəki sahibkarlar da koronavirusun onların fəaliyyətinə təsiri ilə bağlı məlumatlar verirlər. Güman edirəm ki, qarşıdakı həftədə bu təklifləri toplayaraq müəyyən çərçivəyə salacağıq. Dediyim kimi, ilkin təkliflər variantı artıq hazırdır və İşçıq Qrupu daxilində həmin təkliflər müzakirəyə çıxarılacaq. Azərbaycan iqtisadiyyatının bu pandemiya nəticəsində mənfi təsir görməməsi, eləcə də sahibkarların öz işini davam etdirməsi üçün düşünürük ki, bu dəfə də dövlət tərəfindən dəstək göstəriləcək".

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
02.04.2020
“300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
02.04.2020
“Mastercard”dan Azərbaycandakı kart sahiblərinə dəstək
02.04.2020
Daha bir şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardim edib
02.04.2020
İqtisadiyyata dəyən zərərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılır
02.04.2020
“Azərenerji” ölkənin ən böyük strateji əhəmiyyətli yarımstansiyasını yenidən qurur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info