Türkiyədə evdən gəzməyə çıxan yaşı 65-dən yuxarı olanlar cərimələnəcək
Tarix: 22.03.2020 | Saat: 17:41:00 | E-mail | Çapa göndər



Türkiyədə yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olanlara evdən küçəyə çıxmağa qoyulan qadağa bu gündən tətbiq olunmağa başlanıb.


APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyinin 81 valiyə göndərdiyi təlimatda qeyd olunub ki, qadağaya əməl etməyənlər 3 min 150 lirə cərimə ödəyəcəklər və Türkiyə Cinayət Məcəlləsinin 195-ci maddəsinə görə, cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Qeyd edək ki, dünən gecə yerli vaxtla 01.00-dan Türkiyədə yeni tip koronavirusa (COVİD-19) yoluxma riski yüksək olan yaşı 65-i keçənlər və xroniki xəstəlikdən əziyyət çəkənlərin yaşadıqları evdən kənara çıxması, park, bağça kimi açıq məkanlarda gəzmələri məhdudlaşdırılıb.
Ancaq dövlət sektorunda və bələdiyyələrdə xidmətlərinə zəruri ehtiyac olanlara bu qadağa tətbiq olunmayacaq. Bu sıraya həkimlər, bələdiyyə sədrləri, dövlət qurumlarının yerli orqanlarının rəhbərləri, sosial xidmət sahələrində çalışanlar, apteklərdə işləyənlər daxildir.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
“Forbes” dünyanın ən varlı insanının adını açıqlayıb
07.04.2020
Yarı dişi, yarı erkək arı tapılıb
07.04.2020
Yaşı 86 olan xәstә koronavirusdan sağalıb
06.04.2020
Futbolda künc və cərimə zərbələrinin ləğv olunması təklif edilib
06.04.2020
Unikal limuzin - təyyarə satışa çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info