Tailandda fəaliyyət göstərən azərbaycanlı iş adamından xeyirxah addım
Tarix: 23.03.2020 | Saat: 12:53:00 | E-mail | Çapa göndər



Bəşəriyyət üçün qlobal problemə çevrilən COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan Prezidenti İlham Əliyevin başladığı ictimai səfərbərlik çağırışı ölkəmizin sərhədlərindən uzaqlarda da öz müsbət töhfələrini verir.


AZƏRTAC xəbər verir ki, Tailandda yaşayan Azərbaycan əsilli iş adamı Gündüz Qasımlı burada akkreditə olunmuş Azərbaycan səfirliyi ilə yaxın əməkdaşlıq şəraitində beynəlxalq uçuşların dayandırılması ilə əlaqədar bu ölkədəki soydaşlarımıza kömək əlini uzadıb. Belə ki, o, hazırda Tailandın beynəlxalq hava limanlarından çıxışı mümkün olmayan 20 nəfərə yaxın Azərbaycan vətəndaşını iqamətgahı Malayziyada yerləşməklə, ölkəmizin Tailand, Myanma və Bruneydəki səfirliyinin logistik dəstəyi əsasında müvəqqəti yaşayış yeri ilə təmin edib və onların gündəlik ehtiyaclarının ödənilməsini öz üzərinə götürüb.

“COVID-19” pandemiyası ilə mübarizədə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi nümunəvi siyasətin təkcə ölkəmizdə deyil, vətənimizdən kənarda olan soydaşlarımız arasında da böyük ruh yüksəkliyi yaratdığını bildirən azərbaycanlı iş adamı, bu çətin dövrün hər azərbaycanlıya öz milli mənsubiyyətindən irəli gələn soydaş öhdəliklərini xatırlatdığını vurğulayıb. G.Qasımlı vətən təəssübkeşi olan hər bir azərbaycanlının bu prosesdə böyük qürurla iştirak etdiyinə əminliyini bildirib.
Ölkəmizin Malayziyada, eyni zamanda, Tailanddakı səfiri Qaley Allahverdiyev Azərbaycan Prezidentinin bu qlobal çağırışla mübarizədə böyük qətiyyət və bənzərsiz liderlik keyfiyyətləri nümayiş etdirdiyini, onun müraciətinin ölkə vətəndaşları ilə yanaşı, vətəndən kənarda yaşayan soydaşlarımızı da fəal ictimai səfərbərliyə cəlb etdiyini vurğulayıb. Azərbaycanlı iş adamı G.Qasımlının bu nəcib davranışının təqdirəlayiq hal olduğunu qeyd edən səfir əminliklə bildirib ki, harada yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizi bir qayə ətrafında birləşdirən azərbaycançılıq ideyası bu çətin sınaqdan da üzüağ çıxacaq.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat
05.04.2020
Ailə TV karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib
05.04.2020
Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın -VİDEO
05.04.2020
Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib
04.04.2020
Baş nazir Tədbirlər Planını təsdiqlədi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info