Xaçmazda 300-dən çox sürücüyə tibbi spirt, maska və əlcək paylanıb
Tarix: 24.03.2020 | Saat: 12:19:00 | E-mail | Çapa göndər



Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı ölkəmizdə həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq nəcib aksiya təşkil olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sürücülərə və həmin avtomobildə olan sərnişinlərə tibbi spirt, maska və əlcəklər paylanıb. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çadırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.
Aksiya çərçivəsində ümumilikdə 300-dən çox sürücüyə tibbi spirt, maska və əlcək paylanıb. Bu tədbirlər Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında da davam etdirilir. Belə ki, şöbəyə gələn hər bir vətəndaşın əllərinin dezinfeksiya olunması, əlcək və tibbi maska ilə təmin olunması həyata keçirilir.
Rayon sakinləri və sürücülər Xaçmaz polisi tərəfindən keçirilən bu nəcib aksiyaya və göstərilən diqqətə görə bütün polis əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər.




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Azərbaycanda koronavirusa görə 4518 nəfər karantindədir, 35 minə yaxın test aparılıb
01.04.2020
Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxub
01.04.2020
İcra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə etdi
01.04.2020
Dövlət dili normalarını pozanlar min manatadək cərimələnəcək
01.04.2020
Bələdiyyələrlə əlaqədar iki qanun layihəsi hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
2 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
3 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
4 Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
5 Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info