Mənzil daxilindəki su sayğaclarının oxunması müvəqqəti dayandırılır
Tarix: 24.03.2020 | Saat: 14:04:00 | E-mail | Çapa göndər


Mənzillərin daxilində olan sayğacların oxunması müvəqqəti dayandırılır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlər görülür.

Trend-in məlumatına görə, tədbirlərin tərkib hissəsi olaraq “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək üçün 24.03.2020-ci il tarixindən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılır.
Bununla əlaqədar cari ayda sərf edilmiş suyun həcmi əvvəlki 12 aylıq dövrdə istifadə edilmiş orta aylıq həcmə əsasən informasiya sistemi tərəfindən avtomatik olaraq müəyyən ediləcəkdir. Sonradan sayğaca baxış keçirilərkən faktiki göstəriciyə uyğun olaraq orta sərfiyyat üzrə aparılmış hesabatlara düzəlişlər ediləcək.

Eyni zamanda abonentlər təqdim etdiyimiz “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturaların formalaşdırılması” elektron xidmətindən (https://www.e-gov.az/az/login/index/?return=/az/services/read/3741/0) istifadə etməklə sayğacın faktiki göstəricisinə əsasən formalaşmış eleltron bildiriş-faktura əldə edə bilərlər.
Pilləkən qəfəsələrində, mənzillərin və həyət evlərinin xaricində quraşıdırlmış sayğacların oxunması isə əvvəlki qaydada davam etdirilərək bildiriş-fakturaların abonentlərlə təmas qurmadan ünvanların girişinə yerləşdirilməsi təmin olunacaq.
Yaranacaq suallarla bağlı vətəndaşlar 955 saylı Zəng Mərkəzinə müraciət edə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
19.10.2020
Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
18.10.2020
Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
17.10.2020
Bu gündən oktyabrın 19-dək Bakıda və daha bir neçə şəhər-rayonda ictimai nəqliyyat işləməyəcək
16.10.2020
A-Qroup terror qurbanı olan uşaqların yetkinlik yaşına qədər tibbi xərclərini öz üzərinə götürüb
16.10.2020
Dövlət qurumlarında işçilərin say həddi 30 faizədək azaldılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 “Исраэль хайом“: “Пришло время продвигать глобальную безопасность в Нагорном Карабахе“
2 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
3 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
4 Бакинские армяне призывают Ереван прекратить оккупацию
5 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info