Bulvar İdarəsi: 10 nəfərdən artıq adam bir yerdə gəzərsə
Tarix: 24.03.2020 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


"Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması ilə bağlı nə təlimatı varsa, bulvar ərazisində də keçərlidir".
Palitra bildirir ki, bunu Lent.az -a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı açıqlamasında deyib.
O bildirib ki, hazırda bulvar ərazisindəki obyektlərin fəaliyyəti dayandırılıb:
"Bulvar ərazisində olan obyektlər işləmir. İnsanların kütləvi toplaşa biləcəyi tədbirlər hamısı təxirə salınıb. Ancaq bulvar açıq ərazidir. Tək-tək kimsə yürüşə çıxırsa, buna müdaxilə etmək olmaz. Məlumdur ki, dünən xüsusi karantin rejimi ilə bağlı qərar verilib. İnsanların 10 nəfərdən artıq bir yerə yığışmasına icazə verilmir. Bulvar ərazisində də bu cür hallar müşahidə olunarsa, yəqin ki, buna hüquq-mühafizə orqanları müdaxilə edəcək. Çünki bu işlərə nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub".




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Azərbaycanda koronavirusa görə 4518 nəfər karantindədir, 35 minə yaxın test aparılıb
01.04.2020
Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxub
01.04.2020
İcra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə etdi
01.04.2020
Dövlət dili normalarını pozanlar min manatadək cərimələnəcək
01.04.2020
Bələdiyyələrlə əlaqədar iki qanun layihəsi hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
2 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
3 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
4 Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
5 Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info