Virusdan qorunmaq üçün ət məhsullarının alışı zamanı bunlara diqqət edin!
Tarix: 24.03.2020 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Sağlam qidalanma insan həyatının əsas hissəsini təşkil edərək xəstəliklərə qarşı müqavimətini artırır. İnsanın gündəlik qida rasionu balanslı olmalı və özündə kifayət qədər zülal, karbohidrat və yağlar təşkil etməlidir. İnsanın gündəlik qida rasionundakı zülala olan tələbatının əsas hissəsini ət və ət məhsulları ödəyərək orqanizmin inkişafında əhəmiyyətli rol oynayır. Lakin ət məhsullarının kəsimi, emalı və satışı zamanı sanitar qaydalara düzgün riayət olunmadığı hallarda istehlakçıların sağlamlığı üçün bir sıra təhlükənin yaranmasına səbəb olur.
Məlum olduğu kimi, heyvan ətindən insana bruselyoz, vərəm, qarayara, öküz soliteri, exinokok və s. zoonoz və parazitar xəstəliklərin keçmə ehtimalı yüksəkdir. Bu xəstəliklərə yoluxma immun sisteminin zəifləməsinə və həyati vacib orqanlarda xroniki fəsadların yaranmasına gətirib çıxara bilir.
Son aylarda dünyada və eləcə də ölkəmizdə COVID-19 xəstəliyinə yeni yoluxma halları qeydə alınır. Nəzərə alsaq ki, immuniteti zəif, ağciyər, ürək-damar, böyrək çatışmazlığı və digər xroniki xəstəliyi olan insanlar arasında COVID-19 virusuna yoluxma riski daha yüksəkdir.
Bu səbəbdən, COVID-19 və digər xəstəliklərə yoluxmanın qarşısını almaq məqsədilə istehlakçıların daha diqqətli davranması və ət məhsullarını alarkən aşağıdakı tövsiyələrə əməl etmələri lazımdır:
◾Küçə şəraitində, yol kənarlarında, baytar müfəttişi tərəfindən nəzarət həyata keçirilməyən, antisanitar şəraitdə fəaliyyət göstərən kəsim yerlərindən ət və ət məhsulları almaq sağlamlıq üçün təhlükəlidir.
◾ Şəxsi gigiyenik qaydalarına əməl olunmayan və fərdi mühafizə vasitələri istifadə edilməyən (xalat, əlcək, bone) qəssabxanalardan ət və ət məhsulları almaq yolverilməzdir.
◾ Kəsildikdən dərhal sonra ətin istehlakı faydasından daha çox ziyanlı olduğu üçün ət məhsulları istehlak edilməlidir (heyvan kəsildikdən sonra ət ölüm sərtliyi deyilən vəziyyətdə olur və bunun səbəbi isə heyvanın kəsim zamanı stress altında olması və bunun birbaşa ətin tərkibinə təsir etməsidir).
◾ Ətin insan orqanizminə faydalı olması üçün, kəsildikdən sonra turşuluq balansını və yumşalmasını təmin etmək üçün 8-12 saat müddətində dincə qoyulmalıdır. Ətdə turşuluq balansının normallaşması bir sıra virus mənşəli xəstəliklərin məhv edilməsində olduqca böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir daha baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edir. Eyni zamanda bildirilir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün qanunla müəyyən olunmuş qaydada tədbirlər bundan sonra da davam etdiriləcəkdir.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Azərbaycanın koronavirusla mübarizə büdcəsi 3 milyarda çatır
05.04.2020
Azərbaycanda banklar və sığorta şirkətləri bu ay haqq ödəməyəcək
04.04.2020
Azərbaycanda fərdi sahibkarlara ayrılan kompensasiyanın məbləği məlum oldu
04.04.2020
Azərbaycanda 300 min muzdlu işçiyə 215 manat kompensasiya veriləcək
04.04.2020
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info