Sahibkarlar qarşısında əlilliyi olan şəxsləri işə götürmək öhdəliyi qoyulur
Tarix: 25.03.2020 | Saat: 12:37:00 | E-mail | Çapa göndər



Əlilliyi olan şəxsləri kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər məsuliyyətə cəlb olunacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
Sazişə əsasən, tərəflər kvota üzrə məşğulluq qurumları və ya “DOST” mərkəzləri tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri, kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlərin qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilməsi barədə öhdəlik götürüblər. Tərəflərin öhdəlikləri sırasında müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi hallarının qarşısının alınması, istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi səbəbindən əlilliyi olan işçilərin arzusu ilə Fərdi Reabilitasiya Proqramına uyğun olaraq, təqsirkar işəgötürən tərəfindən əlilliyi olan şəxslərin iş yerlərinin standartları nəzərə alınmaqla iş yerləri ilə təmin
edilməsi, əlilliyi olan işçilərin əməyinin tətbiqi, əmək şəraitinin xüsusiyyətləri, əməkhaqqı, iş və istirahət vaxtı, məzuniyyət müddəti və əmək münasibətlərinin Əmək
Məcəlləsi ilə tənzimlənməsinə nəzarətin gücləndirilməsi, əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən inklüziv və müyəssər iş şəraitində işləmək hüququnun təmin edilməsi də yer alıb. Eyni zamanda əmək münasibətlərində əlilliyə görə birbaşa və ya dolayısilə ayrı-seçkiliyə yol verilməməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılması hallarına yol verilməməsinin də təmin olunmasına çalışılacaq.




 
Bölməyə aid digər xəbərlər
02.04.2020
Vətəndaşlar evdən çıxmaq üçün 8103 nömrəsinə SMS göndərəcək
02.04.2020
Məleykə Abbaszadə abituriyent, müəllim və valideynlərə müraciət edib
02.04.2020
Azərbaycanda ötən il mənimsənilən büdcə vəsaitlərinin həcmi açıqlanıb
02.04.2020
Azərbaycanla bağlı nikbin sorğu!
02.04.2020
Aztəminatlı ailələrə mühüm dəstək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info