Biləsuvarda koronavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində dezinfeksiya işləri davam etdirilir
Tarix: 25.03.2020 | Saat: 12:43:00 | E-mail | Çapa göndər


Dünyada tüğyan edən koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün kompleks şəkildə profilaktik tədbirlər görülür. Aparılan tədbirlər fonunda epidemiya ilə bağlı Biləsuvar rayonunda da tibbi-proflaktik vəziyyətə nəzarət gücləndirilir, mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
Rayonun bütün təhsil, səhiyyə və mədəniyyət mərkəzlərində, uşaq bağçalarında, idarə, müəssisə, təşkilatlarında, iaşə obyektlərində, küçələrdə, parklarda və digər ictimai yerlərdə tərtib edilən qrafik əsasında mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.
Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə də tədbirlər görülür. Rayon əhalisi Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırılır və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri bildirilir.
Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.
Xəstəliyə yoluxma hallarına yol verilməməsi və qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üçün rayon ərazisində dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Azərbaycanda koronavirusa görə 4518 nəfər karantindədir, 35 minə yaxın test aparılıb
01.04.2020
Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxub
01.04.2020
İcra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə etdi
01.04.2020
Dövlət dili normalarını pozanlar min manatadək cərimələnəcək
01.04.2020
Bələdiyyələrlə əlaqədar iki qanun layihəsi hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
2 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
3 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
4 Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
5 Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info