Daha bir sosial layihə: tibb müəssisələrinə dəstək göstəriləcək
Tarix: 25.03.2020 | Saat: 19:41:00 | E-mail | Çapa göndər



Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizəyə dəstək çərçivəsində daha bir sosial addım atılıb. Belə ki, İqtisadiyyat və Təhsil nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərmaş” ASC birgə əməkdaşlıq çərçivəsində ölkə daxilindəki tibb müəssisələrinə dəstək aksiyasına başlayıblar.


İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sosial aksiya çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinın həyata keçirilməsində kömək göstəriləcək. Belə ki, ölkə daxilindəki səhiyyə müəssisələrinə tibbi ləvazimatların və materialların vaxtında çatdırılması, habelə koronavirusla mübarizə sahəsində fəaliyyət göstərənlərə dəstək məqsədilə “Azərmaş” ASC tərəfindən 100 avtomobil və sürücü ayrılıb.
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının könüllüləri də sosial layihəyə zəruri dəstək göstərəcəklər. Könüllülər tibbi ləvazimatların və materialların çatdırılmasına, habelə əsas tibbi heyətə yardımçı işlərdə kömək edəcəklər. Sürücülər və könüllülər zəruri qoruyucu vasitələrlə təmin olunacaqlar.




 
Bölməyə aid digər xəbərlər
29.10.2020
Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir
29.10.2020
Azərbaycanı öz haqq yolundan heç bir qüvvə çəkindirə bilməz
28.10.2020
Onlar elə bilirlər ki, bizi qorxudacaqlar, amma... - Erməni raketinin yaraladığı Bərdə sakinləri danışır
28.10.2020
“Mediada kibertəhlükəsizlik” mövzusunda təlim keçirilib
28.10.2020
Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Manqal salatı
2 İsraildən Azərbaycana humanitar yardım
3 Burunda olan tükləri kəsmək olmaz...
4 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
5 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info