Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
Tarix: 25.03.2020 | Saat: 20:39:00 | E-mail | Çapa göndər



Hökumətin məcburiyyəti olmadan insanlar koronavirus təhlükəsini dərk edib, evdə qalmalıdırlar.

Trend-in məlumatına görə, bunu Azərbaycan Televiziyasının (AzTV) “#Evdəqal” verilişində tanınmış ürək-damar cərrahı, deputat Rəşad Mahmudov deyib.
Həkim evdə qalmağın niyə vacib olduğunu açıqlayaraq bildirib ki, insanların bəzi həqiqətləri bilmələri lazımdır: "Şükürlər olsun ki, İran istisna olmaqla, hələlik Azərbaycana qonşu ölkələrdə koronavirus kütləvi yayılmayıb. Amma vətəndaşlarımız əmin olsunlar ki, bundan heç kəs sığortalanmayıb. Bu gün asimptomatik dediyimiz, heç bir şikayət etmədən, amma bədənində minlərlə virusu daşıyan insan ola bilər ki, onlar ilk günlərdə təhlükə yaratmayacaqlar. Mən davamlı şəkildə "Seattle" Universitetinin Xəstəlikləri Modelləşdirmə İnistitutunun tədqiqatlarını izləyirəm. Nəticə belədir ki, xəstəliyi olmayan, amma bu virusu üzərində daşıyan 100 nəfərin 75 faizi evdə oturmaqla yoluxma sayını azalda bilir. Əksinə, həmin 100 nəfər evdə oturmasa, 2 həftə ərzində 25 min insanın infeksiyaya yoluxmasına, 25 mindən 500 nəfərinin həyatının itirilməsinə, 1500-2000 nəfərin də reanimasiyaya düşməsinə səbəb ola bilər. Bu, 100 nəfərin 2 həftə ərzində yaradacağı mənfi vəziyyətdir. İnsanlar düşünməsin ki, cavandır, gəncdir, immun sistemi yüksəkdir, virusu yüngül şəkildə keçirəcək. Elə deyil. Bu sonda hamımıza ziyan edəcək, ölkənin səhiyyəsinə mənfi təsir edəcək, digər xəstəlikdən əziyyət çəkənlərin müalicəsinin aparılmasına əngəl yaradacaq. Koronavirus xəstələri sayəsində həkimlərimiz xəstələnərək normal əməliyyatları uzun müddət apara bilməyəcəklər. Bunlar əhali olaraq həssaslıq göstərməli olduğumuz məqamlardır. Bunu pessimist düşüncə kimi qəbul etməsinlər. Riyazi hesablamalara görə, həmin 100 virus daşıyıcısı evdə oturduqda, 2 həftə sonra xəstələnənlərin sayı 500-ə düşür, həyatını itirənlərin sayı isə 4-ə düşür. 100 nəfərin evdə qalması ilə yaranan fərqi görürsünüzmü?! Bunları nəzərə alaraq insanlara çağırış edirəm ki, evdə qalsınlar. Hər birimizin gələcəyi üçün, dünyamız üçün qaydalara riayət etmək lazımdır".




 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Baş nazir magistratura və rezidentura ilə bağlı qərar imzalayıb
08.08.2020
Operativ Qərargah karantin rejimində yumşalmalarla bağlı brifinq keçirir
07.08.2020
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir
07.08.2020
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək sahələr
07.08.2020
Kanadada yaşayan 15 yaşlı həmyerlimizin uğuru

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi
3 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
4 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
5 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info