Vüsal Kərimli parklarda gəzənlərə səsləndi: Bayram tətili deyil, sosial izolyasiyadır
Tarix: 25.03.2020 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Bakının metro stansiyaları istiqamətində xüsusi ekspress marşrut xətləri yaratmışıq. Həmin marşrutlar bütün dayanacaqlarda dayanmır, ancaq metro stansiyalarının yaxınlığında saxlayırlar.

Trend-in məlumatına görə, bunu Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli metroda əhali sıxlığının qarşısının alınması məqsədilə görülən tədbirlərdən danışarkən deyib.
O, bildirib ki, marşrut xətlərinin avtobus təminatında heç bir problem yoxdur: "İctimai nəqliyyatı sağlam saxlamalıyıq. Ekspress marşrutlardan zəruri ehtiyacı olan vətəndaşlar istifadə etsin, parka gəzməyə gedən vətəndaş yox. Hökumətin, dövlətin atdığı addımlar bəllidir. Bakı Nəqliyyat Agentliyi beynəlxalq təcrübəyə uyğun addımlar atır. Koronavirus çox yayılan şəhərlərin təcrübəsini analiz edirik, qlobal təcrübəni yerli mentalitetlə uyğunlaşdırırıq, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyirik. Vətəndaşlarımıza bir daha çağırış edirəm ki, zərurət olmadığı halda ictimai nəqliyyatdan istifadə etməsinlər, küçələrdə gəzməsinlər".
V.Kərimli qeyd edib ki, Bakıda parklanmaya qarşı müəyyən tələblər azaldılıb: "Amma müşahidə edirik ki, Bakı bulvarı ətrafında bir neçə sırada nəqliyyat vasitələri dayanıb və insanlar 4-5 nəfər birlikdə parkda gəzirlər. Aydın məsələdir ki, sosial və psixoloji cəhətdən bu olmalıdır. Amma belə çoxluqda da olmalı deyil. Bayram tətili deyil, koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə atılan məcburi addımdır. Vətəndaşlarımız bunu dincəlmək tədbiri kimi başa düşməsinlər. Bu, sosial izolyasiyadır ki, ona riayət emək lazımdır".




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Azərbaycan türkdilli dünyanın qarşılıqlı münasibətlərində vacib halqadır
24.09.2020
“Gürcüstan və Azərbaycan tarixi və strateji tərəfdaşlardır”
24.09.2020
Azərbaycan çətin dövrlərdə Qoşulmama Hərəkatına bacarıqla rəhbərlik edir
24.09.2020
Sorosun dəstəyi ilə hakimiyyətə gələn Paşinyan müstəqil siyasət yürüdə bilməz
23.09.2020
Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri sülh prossesinə kömək etmir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
2 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
3 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
4 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
5 Prezident İlham Əliyev: Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, biz niyə beynəlxalq hüququ gözləməliyik?!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info